Menu

“Vaqner”in gedişindən sonra yeni səfərbərlik dalğasına ehtiyac yoxdur – Komitə sədri

03.07.2023, 11:47
“Vaqner”in gedişindən sonra yeni səfərbərlik dalğasına ehtiyac yoxdur – Komitə sədri

Hazırda və yaxın gələcəkdə “Vaqner” təşkilatının xüsusi hərbi əməliyyatlar zonasını tərk etməsi ilə əlaqədar yeni səfərbərlik dalğasına ehtiyac yoxdur.

“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının müdafiə komitəsinin rəhbəri Andrey Kartapolov bildirib.

“Yeni səfərbərlik dalğası tələb olunmayacaq. Rusiya Federasiyasının Prezidenti aydın və konkret şəkildə bildirib ki, yeni səfərbərlik olmayacaq. Hərbi qulluqçuların müqavilə əsasında planlı cəlb edilməsi aparılır, bölmələrin formalaşdırılması və hazırlanması gedir” – deyə, o qeyd edib.

İyunun 24-də Rusiya Prezidenti Vladimir Putin cinayət keçmişi və ya məhdud hərbi xidmət keçmiş vətəndaşlara Rusiya Federasiyası Silahlı Qüvvələri ilə müqavilə bağlamaq hüququ verən qanun imzalayıb.

Rüfət

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol