Menu

Mülki ermənilər Laçındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər - VİDEO

03.07.2023, 16:39
Mülki ermənilər Laçındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər - VİDEO

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiətilə Laçın-Xankəndi yolunun başlanğıcında, “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

“Report” xəbər verir ki, bununla bağlı iyulun 3-də çəkilmiş görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.

Onların sənədləri, sonra gediş-gəlişləri təmin edilir.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol