Menu

O, bir bölməni Ukrayna tərəfə keçməyə razı salıb... - FSB dövlətə xəyanət maddəsi ilə cinayət işi açıb

04.07.2023, 14:47
O, bir bölməni Ukrayna tərəfə keçməyə razı salıb... - FSB dövlətə xəyanət maddəsi ilə cinayət işi açıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanlarında işləməkdə şübhəli bilinən Tümen sakininin saxlanması barədə məlumat yayıb.

“AzPolitika.info” “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, o, rus hərbçilərini Ukrayna Silahlı Qüvvələrinin tərəfinə keçməyə razı salıb.

FSB iddia edir ki, saxlanılan şəxs döyüş bölgəsinə gəldikdən sonra “hərbi hissələrdən birinin zabitini onun tabeliyinə verilmiş bölüyü ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin tərəfinə keçməyə razı salıb”. İddiaya görə, Tümen sakini hərbçilərə Ukrayna kəşfiyyatının nümayəndələri ilə əlaqə yaratmağa söz verib.

Saxlanılan şəxs barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanıb. Onu ömürlük həbsə qədər cəza gözləyir.

Açıq məlumatlara görə, mart ayında dövlətə xəyanətlə bağlı cinayət işlərinin sayı kəskin artıb - bir ayda doqquz iş açılıb. Bütün işlərin demək olar ki, yarısında müttəhimlər Uzaq Şərq sakinləri olub. Saxlanılanların Xabarovsk, Primorsk diyarı və Komsomolsk-na-Amurdan olduğu bildirilir.

Aprel ayında Rusiya Dövlət Duması dövlətə xəyanətə görə ömürlük həbsi nəzərdə tutan düzəlişləri üç oxunuşda qəbul edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol