Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha iki rayon şöbəsində əməliyyat keçirilib.
APA xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən Cəlilabad və Laçın rayon şöbələrində əməliyyat tədbiri keçirib.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən APA-ya fakt təsdiq edilib. Bildirilib ki, ətraflı məlumat veriləcək.
***
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirib.
"Report"un əldə etdiyi məlumata görə, əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev də saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidməti "Report"un sorğusuna cavab olaraq fakt təsdiqləyib.
"Ətraflı məlumat veriləcək", - qurumdan bildirilib.

Şərhlər
Azərbaycada elə abi-hava qurulub ki, heç bir dövlət qurumunu seçmədən hamısında əməliyyat
keçirmək olar.Çünki qanuna hörmətsizlik,vəzifəyə biganəlik və qazanc hərisliyi o həddəçatıbki,seçimə rhtiyac qalmayıb.Məsələn, Hansı rayonu ,şəhəri götürsən icra başçılarından Polis rəisi,yl tikintiidarələri,Qaz.su,elektrik idarələri sorğuya ehtiyacı olmauan cinayətkarlarla komplektləşdirilib.Ölkə əhalisi rəzalət içində çabalayır.