Menu

Tanınmış jurnalist reanimasiyaya yerləşdirildi

06.07.2023, 10:07
Tanınmış jurnalist reanimasiyaya yerləşdirildi

Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Natəvan Babayeva dünən günün ikinci yarısında "Liv Bona Dea Hospital" xəstəxanasına yerləşdirilib.

Oxu.Az-ın məlumatına görə, jurnalist hazırda reanimasiya şöbəsində həkim nəzarətində saxlanılır.

İlkin məlumata görə, 24 saat həkim nəzarətində saxlanıldıqdan sonra həkim məsləhəti ilə normal palataya köçürüləcəyi barədə qərar veriləcək. Normal palataya köçürüldükdən sonra onun vəziyyətinin hansı səbəbdən ağırlaşması barədə həkimlər tərəfindən yekun rəy veriləcək.

Qeyd edək ki, tanınmış jurnalist Natəvan Babayeva uzun müddətdir ki, onkoloji xəstəlikdən müalicə olunurdu. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol