Tənqidsizlik mədəniyyət düşüncəsinin uçurumunu yaradır

Rahid Ulusel

Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə elmləri doktoru, professor

Əsas tezis-suallar:

1.Azərbaycanda peşəkar tənqid mövcuddurmu?

2.Tənqid ədəbiyyata refleksiyalar sərhədindən kənara çıxa bilirmi?

3.Nə üçün tənqidçilər müasir Azərbaycan ədəbiyyatına konseptual yanaşmaqdan, dərin analitik tənqiddən yayınırlar?

4.Ədəbi medianın formaca zənginləşməsi ədəbi prosesin inkişaf miqyasını əks etdirirmi?

5.Çağdaş tənqidi düşüncənin aktuallaşması zərurəti necə dərk olunur?

Çağdaş Azərbaycan cəmiyyətinin intellektual həyatının, sosial-estetik düşüncəsinin bir hissəsi olan (və ya bir hissəsi olmağa çalışan) tənqid nə özündə, nə də ədəbiyyatda hələlik əsaslı keyfiyyət dəyişikliyinə səbəb olası bir dönüş görür. Onun diqqət obyektivində – yenə də bütöv ədəbiyyat deyil, onun epizodlarıdır, tendensiyaları deyil, təsadüfləridir, yaradıcı şəxsiyyətlərinin ədəbi təkamülü deyil, ayrı-ayrı əsərləridir, sənət münasibətlərinin dərin mənası deyil, çəkişmələrin çözələnməsidir. Halbuki tənqid məhz etməli olduqlarını etdikdə ictimai marağa səbəb olur.

Tənqid, çağının ədəbi ideologiyasını yaradaraq, həmin ictimai maraq sferasında yer tuta, ona təsir edə və onun dinamikasını təmin edə bilər. Fəqət tənqid hazırkı durumunda göstərilən funksiyalarının heç birini sanballı səviyyədə yerinə yetirə bilmir. Müəyyən istisnaları nəzərə almaqla demək olar ki, o, sadəcə olaraq, özünün yayğın, tərəddüdlü, oturuşmamış mövqeyində “tənqid” rolunu imitasiya edir. Sanki bu tənqid üçün bütöv Azərbaycan ədəbiyyatı, ədəbi proses, onun dinamikası yox, ayrı-ayrı görüntüləri var. Tənqidinsə başlıca vəzifəsi ədəbi prosesi – ədəbi orqanizmə çevirməkdən ibarətdir.

Bu – o demək deyil ki, ədəbiyyat və onun inkişafı tənqid vasitəsilə qəlibləşdirilir, o deməkdir ki, onun hətta ziddiyyət təşkil edən, müstəviləşməyən tərəflərinin harmoniyası, uyarlığı tapılır, strukturu, morfologiyası müəyyənləşdirilir, uzlaşan-uzlaşmayan tendensiyalarının xarakteri, fərdi üslubların mahiyyəti açılır, zamanın estetikasını bəlirləyən işartılar, işıq nöqtələri belə üzə çıxarılır ki, ədəbi-bədii mədəniyyətin baş yolu – tarixi-milli yolu daim işlək olsun, onun üzərində Klassik keçmişdən Klassik gələcəyə doğru hərəkət etmək mümkün olsun, ədəbiyyat qaranlığa düşməsin, qaranlığında azmasın, azdırmasın.

Bax bunlar edilmədiyi üçün, çağdaş ədəbiyyatımızın bir sıra diqqətəlayiq “ideya toxumları” da ədəbi selin içində itib-batır. Vəzifəsi isə ədəbi seli – ədəbi proses qanunauyğunluğunda dərk etməli və etdirməli olan tənqid ədəbiyyatın bədii-estetik dəyərlərini cəmiyyətə təqdim etməkdə, tanıtmaqda, cəmiyyətin aparıcı, “qaynar” ideyalarını, “sifarişlərini”, intellektual yükünü, sosial problemləri ədəbiyyata nişan verməkdə çətinlik çəkir. Buna görə də Azərbaycanda ədəbiyyat və cəmiyyət bir-birinə kifayət qədər yaddır və onların hər biri daha çox “öz problemləri” ilə yaşayır, münasibətləri də “salam – sağ ol!” səviyyəsindədir. Hətta bu reallığı kəskinliyində belə anlamaq olar ki, ədəbiyyat – həyatdan, tənqid isə – ədəbiyyatdan geri qalır. Bax buna görə də sosial hadisələrə daha canlı, operativ reaksiya verən publisistika bədii ədəbiyyatdan da, onun tənqidindən də daha çox ictimai marağa səbəb olur. Bu, əlbəttə, həm də zamanın ruhundandır. Cəmiyyətin qavrayışında rasional-praqmatik dəyərlər emosional-altruist dəyərlərdən qat-qat üstündür. Ancaq yenə də ədəbiyyat və tənqidin cəmiyyətin intellektual həyatında balansyaradıcı fenomen olduğunu danmaq olmaz. Tənqid – cəmiyyətlə ədəbiyyatın əllərini (ruhunu!) bir-birinə çatdıran möhkəm, etibarlı əldir ki, indi o bu funksiyasını gərəyincə yerinə yetirməlidir.

Cəmiyyətin ictimai marağında çox mühüm yer tutan televiziya, informasiya axını, internet və s. sosial-mənəvi yaşamın virtuallaşdırıcı determinantları kimi bu məkanı tam fəth etmək gücünü nümayiş etdirməkdədir. Şou-biznes dünyasında yüksək bədii-estetik dəyərlərlə heç də əxlaqlı davranılmır. İncəsənətin bütün sahələrini sarmış şou-biznesdə istedadlardan daha çox zirəklər, diribaşlar, gözəgirənlər “uğur” qazanır. Burada İdeya yox, Para rol oynayır. Bu səbəbdən cəmiyyət və onun mənəvi həyatı da getdikcə estradalaşır.

Zahirilik dərinliyi, sünilik təbiiliyi, antiharmoniya harmoniyanı, qışqırıq cəhcəhi, rep muğamı, formalizm sənətkarlığı, kosmetika hüsnü, “siçan” qələmi, “modern” klassikanı ... udur. Yox, bu, dünya inkişafının təbii stixiyası deyil ki, deyəsən – mütləq belə olmalı idi. Bu, mədəniyyət düşüncəsinin təkamülündə zaman-zaman buraxılmış səhvlərin, yanlış gedilmiş yolların, sapıntıların nəticəsidir ki, müasir sivilizasiyanı gətirib dalana dirəyib. Hər cür bər-bəzək, çil-çıraq, sayrışmalar, atəşfəşanlıq da bu mənəvi deqradasiyanı nəinki ört-basdır edə bilmir, əksinə, bir az da körükləyir.

Habil Əliyevin kamançasını futlyarına qoyaraq bir daha çalmayacağını bəyan etməsi, əslində, sənətdə və mənəviyyatda gedən deqradasiyaya, dəyərsizləşməyə ən böyük üsyan idi. Bu gün incəsənətin bütün sahələrində baş verən aşınmaya münasibət mədəniyyət əxlaqının varlığını təsdiq edəcək bir barışmazlıq mövqeyi olmalıdır ki, o da məntiqi olaraq, bu funksiyanı peşəkarlıqla yerinə yetirməli olan tənqiddə baş verməlidir, – çünki bu münasibət tənqidin mahiyyəti və stixiyasıdır. Antisənətə qarşı ictimai mövqeyi və rəyi formalaşdırmaq və bununla da bədii sənətin normal fəaliyyətinə şərait yaratmaq, cəmiyyəti bu sənətlə təmasa hazırlamaq, estetik zövqü cilalamaq bu gün Azərbaycan tənqidinin ədəbi-intellektual yaradıcılıqda görə biləcəyi işlərin ən başlıcalarındandır.

Cəmiyyət – incəsənət (eləcə də ədəbiyyat) arasındakı münasibətlərin estetik meyarlarının, prinsiplərinin, tənqid sosiologiyasının yaranmaması üzündən ümumən mədəniyyət həyatında həmişə çat baş verib, onun müxtəlif sahələri arasında əlaqələr qırıq-qırıq olub. Tənqid mədəniyyətinin olmaması səbəbindəndir ki, həmişə bu sənətə və onunla məşğul olanlara çəpəki baxılıb. Yazıçılarsa, bir qayda olaraq, onları tərif edən və tənqid etmədən təhlil edən tənqidçilərlə bağrı-badaş olub. Adətən də, ədəbiyyatın hərəkətcil estetikasını yaradan və ya əsas vəzifəsi bunu yaratmaq olan tənqidçilər deyil, mədəniyyətin canını – özəyini yaradan yazıçılar cəmiyyətin (daha doğrusu, ideoloji korpusun) gözündə önəm daşıyıb və karyeraca yüksəlmək imkanları qazanıb (Ümumiyyətlə, ətalətli cəmiyyətlər və onların mühafizəkar “elitası” həyatda da, mədəniyyətdə də tənqidi sevmirlər. Çünki tənqid hər hansı bir dəyişikliyə, dəbərtiyə təməl yaradır. Bu isə “köhnə qaydalarla” yaşamaq istəyənlərə sərf eləmir. Azərbaycan cəmiyyəti isə siyasi rejimini, sosial strukturunu dəyişsə də, paradoksaldır ki, mahiyyətcə görünməz dərəcədə az dəyişib). Buna görə də peşəsi daha çox “tənqid etmək” olan tənqid – “konyuktura tənqidinə”, “tərif tənqidinə” çevrilib və nüfuzunu kifayət qədər itirməli olub. Halbuki ədəbiyyat elminin yaşarılığı bilavasitə tənqiddən, onun yaranmaqda olan ədəbiyyata münasibətinin necə sistemləşə bilməsi prosesindən asılıdır. Unutmayaq: sözün geniş mənasında tənqidsizlik mədəniyyət düşüncəsinin uçurumunu yaradır.

Azərbaycanda peşəkar tənqidin mövcud olduğu dönəmi təhlildən keçirdikdə bu acınacaqlı faktı etiraf etməli olursan ki, bizim tənqid və ədəbiyyatımız bir-birini uzun müddət və yetərincə başa düşməyiblər: Tənqid – ədəbiyyatda müstəqim mənalar, ideyalar, ideologiyalar və s. standartlar arayıb, onun poetikasına, “sətiraltısına” daha az enib, daha çox üzdə olanının başında, “sosiolojisi”, “ideolojisi” çevrəsində fırlanıb, ədəbiyyat isə – tənqidin münasibətlərini kifayət qədər əsaslandırılmış saymayıb, onu subyektiv, çox zaman da qərəzli yanaşma kimi qəbul edib. Heç vaxt açıq, obyektiv tənqid yox, yalnız dərin, rasional təhlil məqamlarında tənqid və ədəbiyyat arasında nisbi anlaşma mümkün olub. Bu isə ədəbi-bədii, ədəbi-estetik düşüncənin “tənqidsiz tənqid” (?!) – vaxtilə deyildiyi kimi, “dişsiz tənqid” xarakterini, daha doğrusu, xaraktersizliyini meydana gətirib və onu bu sürüşkən pozada möhkəmləndirib. Bax, tənqidin belə “yarımçıqlıq kompleksi” onun işlək fəaliyyət mexanizmlərini xeyli dərəcədə kütəldib. Nəticədə, bəzi istisnalar sayılmasa, tənqidçilərin böyük əksəriyyəti ədəbiyyatşünaslığın daha təhlükəsiz, başağrısız ( həm də nisbətən çörəkli) zonalarında qərarlaşmağı üstün tutublar. Beləliklə, ədəbiyyat və onun elmi öz daxili stimulu ilə inkişafın ən mühüm, ən əlverişli texnologiyasından – özünütənqiddən məhrum olmaq durumuna gəlib.

Tənqid bir sıra həlledici parametrlərinə görə – xüsusilə antisənət hadisələrinə, proseslərinə tənqidi münasibətin kompetensiyalı səviyyədə qəbul edilməsinə, ictimai rəyə, cəmiyyətin intellektual-mənəvi həyatına təsir dərəcəsinə görə publisistikadan və ədəbiyyatdan geri qalır. Ədəbiyyatın və onun tənqidinin xeyli dərəcədə “publisistikalaşmağı” da ondan irəli gəlir ki, onlar sanki bununla daha çox ictimai diqqətə çatmaq istəyirlər. Onlar beləcə “dəb dalınca qaçmaqla” nəyisə qazanmır, əksinə, olanlarını da itirirlər. Xüsusilə tənqid sanki ədəbiyyatdan (bədii həyatdan), publisistikadan (sosial-informasiya həyatından) geriqalmışlığından utanır və başlayır ədəbi-publisistik manipulyasiyalara. Amma aydındır ki, publisistika tənqidi əvəz edə bilmədiyi kimi, tənqid də publisistikanın yerini tuta bilməz (söhbət, əlbəttə, onların müəyyən sintez formalarından getmir). Tənqid nəinki müasir ədəbiyyatın bədii sistem qanunauyğunluqlarını açmaqda ustalıq göstərir, az və ya çox dərəcədə zühur edən dəyərli ədəbiyyat hadisələrini kifayət qədər dərindən araşdıra bilmir, həm də ədəbiyyatın olmadığı boşluğu (cəmiyyətin estetik vakuumunu!) açmaqda cəsarət göstərmir. Halbuki nəinki ədəbiyyatın gerçək durumu haqqında mühakimə yürütmək, həm də onun gələcək inkişafı, səmtləri, perspektivləri üçün proqnozlar vermək də tənqidin funksiyaları sırasına daxildir.

Çağdaş ədəbiyyatımızın problemləri, onun nümayəndələrinin yaradıcılığı, ədəbi proses xüsusunda aparılan araşdırmalar həm kəmiyyət, həm də keyfiyyət baxımından qaneedici sayıla bilməz. Ədəbiyyatşünaslığın elmi-nəzəri konteksti isə məhz bu araşdırmaların fundamental tədqiqatlara çevrilməsi nəticəsində yaranır. Hələlik bizdə bu proses olduqca ləng gedir. Klassik və müasir ədəbiyyatın öyrənilməsi işi eyni məsuliyyətlə aparılmalı və prinsipcə bir-birini tamamlamalıdır ki, onun tarixi-irsi bütövlüyü qorunsun və onun haqqında humanitariyanın elmi-nəzəri mövqeyi və konsepsiyası formalaşsın. Bizdə ədəbiyyatımız, bütövlükdə mədəniyyətimiz haqqında konseptual mövqe müəyyənləşməsi prosesi getmədiyi üçün istənilən vaxt ifrat yozmalar, hətta tərsinə yozmalar, “dekonstruksiyalar” meydana çıxır.

Ədəbiyyat haqqında nəzəriyyəni “yetişdirən” və həmin konseptual mövqenin formalaşmasında həlledici rol oynayan tənqid Klassikadan Çağdaşlığa doğru inkişafın məntiqini, qanunauyğunluğunu tapmaqda hələ çətinlik çəkir. Bunun üçün gərək tənqid ilk növbədə tarixi və müasir ədəbi inkişafın süxurlarına doluşan psevdoədəbiyyatı barışmazlıqla tənqid etməyi bacarsın. Halbuki günümüzün tənqidi psevdoədəbiyyat, ölü ədəbiyyat bir yana qalsın, bəzən heç diri ədəbiyyatı da gerçək mahiyyətində təhlilə almır. Onda yeni ədəbiyyatın (“ilğım” ədəbiyyatının, qəlp ədəbiyyatın yox) rüşeymlənməsi, doğulması prosesinə doğma münasibət deyil, daha çox yad, ögey, seyrçi münasibət var, ona hətta üstdən aşağı, müştəbehliklə baxma şakəri var. Ayrı-ayrı ədəbi qruplar arasında “münasibətləri aydınlaşdırmalar”, çəkişmələri, intriqaları yozmalar – şou-ədəbiyyat görüntüsü yaratma ciddi tənqid işi deyil, onun yalnız baş girləməsi, ədəbiyyat bazarı açmasıdır. Milli ədəbiyyatımızın ölümünü istəyənlər məhz onu bu provokasiyaya çəkməkdə maraqlıdırlar. Geniş oxucu sferasını ədəbiyyatdaxili söhbətlər, daha doğrusu, tənqidin ədəbiyyatı necə tənqid etməsi o qədər də maraqlandırmır. Oxucuya ədəbiyyatın özü və onun haqqında gerçək fikir lazımdır. Təsəvvür edin ki, tənqid ədəbiyyatın özünü, özəyini, özülünü, gözəlini də sınıq-salxaq, naşıcasına tənqid edəndə, görün necə bir anlaşılmazlıq yaranır. İndiki halda – xeyirlə şərin qucaq-qucağa yaşadığı bir zamanda ədəbi selin içindən əsl ədəbiyyatın ideya, sənət qatını açan güclü, ərdəmli tənqid lazımdır. Məhz əsl, sağlam ədəbiyyatın estetikasından, sənət faktından çıxış edib, antiədəbiyyatı, psevdosənət faktını tənqid etmək lazımdır. Bizdə isə tənqid sanki bunun tərsini edir – az-çox dəyəri olan yaradıcılıq nümunələrini də tənqid edir və bununla da sənətə yanaşmanın estetik meyarını itirmək dərəcəsinə gəlir. Ədəbiyyatda yaxşı ilə pisi tənqid də seçə bilməyəndən sonra daha kim seçəcək?! İndi ədəbiyyat bazarının, ədəbiyyat dəllallığının, ədəbiyyat xidmətçiliyinin yaranma səbəblərindən biri də budur.

Bu gün Azərbaycan tənqidi böhran situasiyasından çıxmağın inersiyasını yaşayır. O hələ ədəbiyyatın geniş miqyaslarında ümumiləşdirmələr aparmağa, müqayisəli-analitik təhlillər yapmağa, konseptual araşdırma texnologiyalarını işlətməyə girişməsə də, ayrı-ayrı ədəbi faktlardan, nəsr, poeziya, dramaturgiya, tənqid proseslərindən çıxış etməklə, həmin miqyas və dərinliyə varmağa gedən yola çıxarası cığırları aramaqdadır.

Azərbaycan tənqidinin köklü ənənələrdən gələn zəngin təcrübəsi vardır ki, bu təcrübə əsasında o, inkişaf edə, tamamilə yeni keyfiyyət mərhələsinə keçə bilər və yalnız belə bir transformasiyada o, çağdaş ədəbiyyatımıza, onun yeniləşən cəhətlərinə, modernləşmə imkanlarına həssas, oturaqlaşmış, rasional münasibəti, fərqli baxışların sintezini və diferensiasiyasını meydana qoya bilər. Bizə elə gəlir ki, hazırda əhəmiyyətli perspektiv vəd edən bu prosesin təyinatlanması, təşəkkülöncəsi üzünüaxtarış gedir. Bu sahədə təcrübəsi olan tənqidçilər, onların sırasına qoşulan gənclər, ümumiyyətlə, ədəbiyyatın inkişafında maraqlı olan yaradıcı insanlar tənqidi düşüncə mədəniyyətinin gəlişməsinə çalışırlar. Artıq hamı aydın şəkildə başa düşür ki, dəyişən dünyanın, dəyişən cəmiyyətin, dəyişən dünyagörüşünün, dəyişən münasibətlərin bu dəyişmə prosesinə adekvat olan ədəbiyyatı, bu ədəbiyyatın tənqidi, bu tənqidin effektiv metodoloji arsenalı yaranmalıdır. Cəmiyyətin onu inandıra bilən, ədəbi zövqünü yanılmalardan qoruya bilən, narahat suallarına cavab axtara bilən etibarlı tənqidə bərk ehtiyacı var. Məhz belə tənqidin olmaması ucbatındandır ki, ədəbiyyat və sənət hələ bic doğur. Biclik və giclik ürüyüb artır. Hələ bir az da qabağa gedib, əsl ədəbiyyata və sənətə meydan oxuyur, ona ağıl öyrədir, moizə edir, yol göstərir. Bu yolsuzluğun qarşısını almaq tənqiddə yalnız müəyyən canatmalar şəklindədir. Bu səylərin tənqiddə güclü axına, nüfuzlu mövqeyə çevrilməsi üçün hələ çox iş görmək, tənqidi yaradıcılığın professionallıq keyfiyyətlərini artırmaq lazımdır.

Bəs nədən tənqid öz halal işi ilə normal məşğul ola bilmir? Nə üçün tənqid sözün birbaşa mənasında tənqid etməkdən əsasən çəkinir, “başını ağrıtmaq” istəmir. Bu “ehtiyatlılıq” nədən doğa bilər? – Bir tərəfdən, özünə, sözünün çəkisinə güvənməməkdən, tənqidi baxışlarını əsaslandıra bilmək bacarığının zəifliyindən, digər tərəfdən, tənqid obyektindən gələn cürbəcür qərəz və təhlükə qorxusundan. Heç də qanunauyğun deyil ki, bizdə kiminsə əsərini, yaradıcılığını tənqid etmək – onun şəxsiyyətini tənqid etmək, hətta təhqir etmək kimi, onu nüfuzdan, gözdən salmaq, qaralamaq kimi başa düşülür. Yəqin ki, belə münasibət ötən əsrin kəskin ideoloji qarşıdurmasının kükrədiyi 30-40-cı illərin, sonra isə inersiya ilə davam edən bütün Sovet dönəminin acı təcrübəsinin beyinləri, mənəviyyatı işğal etməsindən, indi də hafizələrdən silinməməsindən irəli gəlir.

Buna görə də tənqid daha çox pozitiv araşdırma qatında, yaradıcı subyektlərə fərdi münasibət qatında öz sözünü deməyə, özü də ürkəklik dərəcəsində ehtiyatla deməyə çalışır. Bu isə, təbii ki, ədəbi prosesin obyektiv dəyərləndirilməsi imkanını tənqidin əlindən alır. Tənqidin getdikcə tərif ladında köklənməsinin səbəblərindən biri də budur. Onu da qeyd etmək gərəkdir ki, yalnız tənqid və yalnız tərif – tənqidin vara biləcəyi iki ifratdır. Səthi tənqid bu iki ifratdan bir addım da qabağa gedə bilmir. Onların arasında var-gəl edir, ifratdan ifrata sıçrayır.

Tənqid – ədəbiyyat münasibətlərindəki bu problemlər, yəni daha çox taktikanın seçilməsi, əxlaq, mənəviyyat və davranışla bağlı olan problemlər ədəbiyyatdakı çatışmazlıqları göstərmə səylərini kifayət qədər zəiflədir və birtərəfli edir. Tənqidçinin mühafizəçi gəzdirmək imkanları yoxdur. Buna görə də ona, onun obyektiv tənqidinə arxa olan ədəbi-ictimai mövqeyin özünü ortaya qoymasına böyük ehtiyac duyulur. Hələ işin o biri tərəfi də var: bir çox istedadsız, lakin pullu adamlar özlərinin istedadsız və dadsız əsərlərini cəmiyyətin damağında dada gətirmək üçün onlara tərif yazdırırlar. Bu tərifi adətən təsadüfi adamlar yazır. Ancaq bu tərif elmi-ədəbi mühitdə tanınmış, hətta görkəmli qələm sahibləri tərəfindən yazılanda, ədəbiyyatın acınacaqlı vəziyyəti fakta çevrilir. Buna görə də tənqid – ədəbiyyat münasibətlərində ən müxtəlif maraq spektrlərinin kəsişməsi, fokusun sənət üzərində deyil, hərcayılıq üzərində, dəyər üzərində deyil, dəyərsizlik üzərində cəmlənməsi bədii yaradıcılığa obyektiv yanaşmaların dayanıqlaşması prosesini dağıdır. Halbuki belə bir dayanıqlaşma prosesi ciddi bir tendensiyaya çevrilmədən tənqidi düşüncə həyatında əsaslı bir dönüş baş verməyəcək.

Tənqidin meydanı genişdir. Tənqid – ədəbiyyat, mədəniyyət “cəbhəsinin” ön sıralarında addımladığı və yaxud addımlamalı olduğu üçün, sənət əsərlərinin həm mütəxəssislər arasında, həm də geniş oxucu dairələrində “rezonans effekti” yaratdığı və yaxud yaratmalı olduğu üçün onun cinahlarına bütövlükdə mədəniyyətimizin mənafeyini düşünən hər kəsin, xüsusilə humanitariya bilginlərinin, təbii ki, bu problemlərə daha yaxından bələd olan filosofların, sosioloqların, filoloqların, onların sırasında dilçilərin, jurnalistlərin qoşulması nəinki mümkündür, hətta zəruridir (əlbəttə, diletant səviyyəsində yox).

Yadımıza salaq: müstəqillik dövrü ərəfəsində dilçi-filoloqların – Kamil Vəliyevin (Kamil Vəli Nərimanoğlu), Aydın Məmmədovun, Kamal Abdullayevin (Kamal Abdulla), Nizami Cəfərovun ədəbi prosesə qoşulması Azərbaycan tənqidinə yeni nəfəs, yeni təhlil manerası, yeni baxış yönü, yeni ideya, hətta yeni ideologiya gətirdi ki, bunların toplusu nəinki tənqidi fikrimizin inkişafına səbəb oldu, həm də mədəni, ictimai, siyasi həyatın ən fəal xəttində özünü təsdiqləyərək mədəniyyət düşüncəsini yeni müstəviyə çıxardı, milli-ideoloji mücadilə vasitələrində iştirak etdi.

Hələ onu da yadımıza salaq ki, ötən əsrin 50-60-cı və 70-80-ci illərində filologiya ilə, ədəbiyyatla məşğul olan insanların ilk qələm təcrübələri əsasən tənqiddə sınanırdı. Sıralarımızdan getmiş və bu gün də bizimlə çiyin-çiyinə addımlayan görkəmli ədəbiyyatşünasların, demək olar ki, hamısı elmi fəaliyyətə məhz tənqidçi kimi başlamışdılar (örnək – Yaşar Qarayev). Tənqid – elmi idrakın aktivlik göstəricisi idi. Tənqidçinin ədəbi prosesə vaxtında refleksiya verməsi – onun ədəbiyyat elminə hazırlıq dərəcəsini, ədəbi zövqünün səviyyəsini, nəzəri ədəbiyyatşünaslığa hansı arsenalla, bilik və təcrübə ilə gəlməsini göstərirdi. Ədəbiyyat mütəxəssisinin mühakimə qabiliyyəti, diskussiya səriştəsi, alim təmkini, ədəbi həqiqəti müdafiə etmək, dəyərsiz əsərləri, ədəbi prosesin boşaraq yerlərini güzəştsiz tənqid etmək bacarığı, nəzəriyyəni canlı ədəbi həyata tətbiq edə bilmək, həm də yeni vasitələrdən istifadə edə bilmək məharəti məhz tənqidçilik fəaliyyətində realizə olunurdu. Beləliklə, milli ədəbiyyatın tarixi və müasir inkişafının vəhdətini dərk etməklə, onun toxumalarına bələd olmaqla işləməyin texnologiyaları yaranır, təkmilləşirdi. Yəqin hazırda bunlar olmadığı üçün, ədəbiyyata haradan, necə, hansı arsenalla gəlmək meyarı (mərhələləri!) itdiyi üçün gördüyümüz əllaməliklər baş verir. Bədii sənət haqqında olduqca məhdud təsəvvürlərlə, daha doğrusu, təsəvvür yoxluğu ilə mühakimə yürütmək, yüz illər boyu qazanılmış sərvətləri naşıcasına inkar etmək nadanlığı da yəqin bu meyarsızlığın ucbatındandır.

Azərbaycanın ali məktəblərinin filologiya fakültələrini hər il xeyli məzun bitirir. Ancaq nə onların, nə də onlara dərs deyən filoloq-mütəxəssislərin böyük əksəriyyətinin canlı ədəbi həyatın fəal prosesinə qoşulmaq, ona reaksiya vermək istəyi, əzmi görünür. Filologiya, bir qədər də geniş götürsək, humanitariya mütəxəssislərinin cari ədəbiyyat məsələlərinə, onun tənqid kimi mühüm bir sahəsinə münasibəti yox dərəcəsindədir. Etiraf edək, Azərbaycan cəmiyyətinin mənəvi həyatını saran, əsas simptomlarını göstərməyə çalışdığımız “tənqidsizlik kompleksi” bir reallıqdır ki, ondan qurtulmaq məsuliyyəti bilavasitə humanitar elmlər üzrə mütəxəssislərin çiyninə düşür. Bütün cəmiyyətlər və onların yaşadıqları tarixi mərhələlər mənəvi-intellektual böhrandan məhz həmin “tənqidsizlik kompleksi”ni dəf etməklə çıxmaq imkanı əldə edir. Konkret olaraq ədəbi tənqidin cəmiyyət – mədəniyyət – ədəbiyyat “axınları” içərisindəki manevrlərə nə dərəcədə hazır olması onun professional keyfiyyətlərini yenidən səfərbər etmək çevikliyindən asılıdır.

Şərhlər

Rahid bəyə 2023-09-06 21:18:51

Rahid bəy deyəsən başqa planetdə yaşayır.Azərbaycanda nələr baş verdiyindən bixəbərdir.y kişiburada tənqid etmək olar?Həmən qetri millətdən formalaşdırılan qoçular səni zorla tutub aparar.başına təsəvvür edə bilmədiyinpislikləti gtirərlər.Heç kim səni müdafiəyə qalxmaz.Guya bunlardan xəbəriniz yoxdur?Populyarlq xatirinə yalan yazmayın.Yuarıları tənqid baha başa gəlir.

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price