Menu

“Artıq Rusiya-Ukrayna müharibəsinə son qoyulmalıdır” - Belarus lideri

06.07.2023, 17:41
“Artıq Rusiya-Ukrayna müharibəsinə son qoyulmalıdır” - Belarus lideri

“Artıq Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoyulmalıdır”.

“Report” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko yerli və xarici jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, artıq dayanmaq lazımdır: “Əks halda daha pis ssenari bizi gözləyir. Odur ki, heç bir ilk şərt olmadan danışıqlar masasına oturmalıyıq”.

A.Lukaşenko bildirib ki, hər şey danışıqlar masası arxasında həllini tapmalıdır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol