Menu

“Daha 3 ay işləməyi təklif edir ki, biz növbəti müharibə ilə üzləşək?...” – Oskanyanın 3 aylıq vəzifə istəyinə cavab

07.07.2023, 18:00
“Daha 3 ay işləməyi təklif edir ki, biz növbəti müharibə ilə üzləşək?...” – Oskanyanın 3 aylıq vəzifə istəyinə cavab

“Əslində, 10-15 il ərzində Vardan Oskanyan Qarabağ məsələsini öz müqəddəratını təyin etmə prinsipi əsasında həll edə bilmədi. Amma son 3 ayda Nikol Paşinyan Sarkisyanla öz aralarında razılaşıb ona belə bir imkan tanımadı?”

“AzPolitika.info” xəbər verir ki, bunu iyulun 7-də Ermənistan parlamentində jurnalistlərə müsahibə verən hakim “Mülki Müqavilə” partiyasının deputatı Gevorq Papoyan Ermənistanın keçmiş Xarici İşlər naziri Vardan Oskanyanın danışıqlar aparmaq səlahiyyətinin ona verilməli olduğu barədə bəyanatına münasibət bildirərəkən deyib. Xatırladaq ki, Oskanyan təklif edib ki, üç ay ərzində Nikol Paşinyan Qarabağ mövzusunda susmalıdır və səlahiyyət veriləcəyi halda o, bu müddət ərzində problemin Ermənistanın maraqlarına uyğun şəkildə həllinə nail olacaq.

Gevorq Papoyan daha sonra bildirib: “Vardan Oskanyan 10 il Xarici İşlər naziri olub, bildiyimə görə Levon Ter-Petrosyanın dövründə o, 5-7 il Xarici İşlər nazirinin müavini kimi çalışıb, Qarabağ məsələsi ilə məşğul olub. Əslində Vardan Oskanyanın 15 il üç ay vaxtı olub. Levon Ter-Petrosyan ona 5 il, Robert Köçəryan 10 il vaxt verdi. Qalan son üç ayda heç kim ona Qarabağ məsələsini həll etməyə imkan vermədi? Bu nə absurddur, bu nə axmaqlıqdır?”

Oskanyanın “Xankəndi Bakı ilə danışıqlara getsə, bu, artıq Qarabağın bizdə olmadığı anlamına gələcək” açıqlamasına toxunaraq deyib: “Ermənistan danışıqlar masasının əsas aktoru olanda biz gördük ki, hansısa həll yolunda razılığa gələ bilərdik. Vardan Oskanyanın dövrü də daxil olmaqla ötən zaman diplomatik yol uğursuzluğa düçar oldu. Hesab edirəm ki, Oskanyan məsələnin ermənipərəst həll yolunu tapmaq istəyirdi, amma bacarmadı. Bu o deməkdir ki, Oskanyanın keçdiyi, bu gün haqqında danışdığı yolun heç bir perspektivi yoxdur, bu müharibə yoludur. İndi də o, daha 3 ay işləməyi təklif edir ki, biz növbəti müharibə ilə üzləşək. Biz Vardan Oskanyanın bunu etməyə icazə verməyəcəyik”.

“Xankəndi Bakı ilə birbaşa danışıqlar apararsa, nə baş verəcək” sualına deputat belə cavab verib: “Əgər Xankəndi Bakı ilə birbaşa danışıqlar aparacaqsa, o zaman subyekt kimi tanınacaq və onlar hər şeyi öz aralarında müzakirə edəcəklər. Azərbaycan bu prosesdə maraqlı deyil, heç də onun maraqlarına uyğun gəlmir. Bizim vəzifəmiz buna nail olmaqdır. Onlar həmişə İrəvanla danışıqlar aparmaq istəyiblər, çünki orada mövqeləri çox güclüdür. Qarabağ erməniləri ilə danışıqlar isə öz hüquqları və həyatı uğrunda mübarizə aparan insanlarla danışıqlar deməkdir”.

“AzPolitika.info”

Şərhlər

Senan 2023-07-08 07:42:58

ay sənin papağın mıxda qalsın hoşqanyan .hayakūyə salıb yenə də məqamdan istifadə etmək istəyirsən?bir dəfə dermonu yedin bəs deyil

Vuqar Memmed.oglu 2023-07-07 18:04:37

Vardan Oskanyanin sir-sifətinə baxanda bilirsən ki, bu gəzən ..meyitdir.. ona görə belə ermənilər həmişə hara gedirlər ölüm toxumu səpirlər bilirlər ki,özləri zatən ölü canlar di ona görə millətidə qırğına verirlər!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol