Prezident İlham Əliyev Azər Rasim oğlu Abbasovun Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, o, 1985-ci ildə Bakı şəhərində anadan olub, 2007-ci ildə Bakı Dövlət Universitetini Hüquq fakültəsini üzrə bakalavr, 2010-ci ildə Kommersiya hüququ üzrə magistr pilləsində bitirib.
A.Abbasov əmək fəaliyyətinə 2006-cı ildə "Azərbaycan Hüquqçular Assosiasiyası" İctimai Birliyində hüquqşünas kimi başlayıb, 2008-ci ildən isə Ədliyyə Nazirliyində məhkəmə nəzarətçisi vəzifəsində çalışıb.
O, 2010-2016-cı illərdə əmək fəaliyyətini Maliyyə Monitorinqi Xidmətində böyük hüquq məsləhətçisi kimi davam etdirib, 2016-2018-ci illərdə qurumun Hüquq sektorunun müdiri vəzifəsini icra edib, 2018-2023-cü illərdə Hüquq departamentinin direktoru vəzifəsində çalışıb.
Ailəlidir, 1 övladı var.

Şərhlər
Bu adamın Baklda doğulmağı onin əslən Bakılı olduğuna dəlalət etmir. Tərcümeyi halı yazanda bir az geniş yazılmalıdır.Ölkədə Azərbaycanlı xalq yüz faiz əmindir ki, 30 ildir vəzifələrə sırf Azərbaycanlılar,regionun bütün ərazilərində yaşayan insanlar təyin edilmir.
Dövlət büdcəsinin təminatı üçün bütün işlərə ixtisasa uyğun ,peşəkar kadrlar təyin olunmalıdır !
Adamın az qala bütün iş təcrübəsi təyin olduğu idarədə yaranıb. Necə yəni tutduğu vəzifə iş kimliyi uzlaşmır? yüzlərlə fəaliyyət sahələri mövcuddur. Məgər onların hamısının xüsusi ixtisas kodları olmalıdır?
Belə təqimat bu vəzifə üçün yetəli görünmür Tutduğu vəzifə onun iş ,,kimliyi ilə uzlaşmadığı göz önündədr.Buna bənzər son 10 ildə ölkədə adı-ardına baş verir.Bəs bu necə olur?Axı təyin olunan şəxs sahə ürə konkret təhsilə,ixtisasa malik olmalı,müəyyən iş təcrübəsinə (sahə üzrə ) yiyələnməli olması niyə diqqətə aışnmır