Menu

İsveçrə də Ukraynaya kasetli bombaların verilməsinə qarşı çıxdı

10.07.2023, 23:44
İsveçrə də Ukraynaya kasetli bombaların verilməsinə qarşı çıxdı

Rəsmi Bern ABŞ-ın Ukraynanı kasetli bombalar ilə təmin etmək qərarını nəzərə alıb və bütün dünya dövlətlərini onlardan istifadə etməməyə çağırıb.

“AzPolitika.info” “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Pyer-Alan Elçinger bildirib.

Onun sözlərinə görə, İsveçrə kasetli bombaları qadağan edən konvensiyaya üzvdür və bu silah növünə qadağa qoyulmasını dəstəkləyir.

Diplomat vurğulayıb ki, ayrıseçkilik və ya qeyri-mütənasib hücumlar qadağandır və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolz bildirmişdi ki, ABŞ kasetli sursatları Kiyevə ötürmək qərarına gələrək öz seçimini edib. Lakin Almaniya bu cür bombaları qadağan edən konvensiyaya üzv olduğu üçün bunu etməyəcək.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol