“Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kriminal avtoritet "Zobik Gəncinski" ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnı tələbələr tərəfindən kütləvi şəkildə oxunulanda “Facebook” səhifəmdə rektor Mustafa Babanlını istefaya çağırmışdım. Bu çağırışımda digər səbəbləri - universitetdə baş alıb gedən qatı regionçuluğu, dostbazlığı, qohumbazlığı və geniş miqyaslı korrupsiyanı da əsas gətirmişdim”.
“AzPolitika.info” xəbər verir ki, bunu millət vəkili, təhsil eksperti Etibar Əliyev “Facebook” səhifəsində yazıb. Millət vəkili daha sonra qeyd edib ki, universitetdə əcnəbi tələbələrin təhsilinə nəzarət, demək olar ki, itirilmişdi. “Bütün bunlardan Elm və Təhsil Nazirliyinin rəhbərliyinin xəbəri var idi, lakin ölkə rəhbərlyinə dürüst informasiya verilmirdi”, - o vurğulayıb.
E.Əliyev hesab edir ki, dünyanın məşhur QS reytinqində universitetlərimizin acınacaqlı durumu ilə bağlı da ölkə rəhbərliyinə məlumat verilməlidr. “Ölkədə universitet böhranı var. Qalib xalqın bütün məmurları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına və çağırışlarına birmənalı olaraq əməl etməlidirlər. Qanunların icrası prosesi sürətlə həyata keçirilməli, bütün sahələrdə ictimai iştirakçılıq, şəffaflıq və hesabatlılıq geniş vüsət almalıdır”, - millət vəkili vurğulayıb.
“AzPolitika.info”


Şərhlər
Mən o universitetdə işləyirəm. Həmin rüşvətxorluq haqqında yazan deputat ilə görüşməyə hazıram. Harda Azi-də rüşvətxorluq görüb ? Faktları təqdim etsin. Boş boşuna yazmasın
Bu adamın normal olması olduqca şübhəlidir.Çünki necə ola bilər ki, nazir və ya nazirlik tabeliyində olan idarələrdə nə baş verdiyini bilməsin.Onlar çox gözəl bliblər və bilirlər ətrafda nəbaş verir.Bütün neqativlər onların göstərişi ilə onların təyin etdikləri adamlar tərəfindən yerinə yetirilir.Yoxsa həmən ölçü götürərdilər..
Nədənsə mən bu deputat haqqında şərh yazanda AzPolitika vermir ,əgər bir qohumçuluq ,dostluq varsa yazın ,mən bir də bunun haqda şərh yazmayım .Yavaş-yavaş valı dəyişməyə başlayıb ,ölkə rəhbərliyini tərifləməyə başladı .
Göresen Azerbaycaanda ne vaxtsa biz millet olaraq yerlibazlıq,qohumbazlıq xesteliyinden qurtarıb özümüzü yox,milleti düşünen bir seviyyeye çatdığımız günü göre bileceyik,yoxsa bı faktorlar bizi dayanmadan mehv edecekdir.Allah yox yerden bu millete qapı açsın selahiyyetlilere Zeka ağıl versin ki millet yazıqdır