Menu

ADNSU-nun rektoru vəzifəsi Vazeh Əskərova həvalə olunub

13.07.2023, 17:26
ADNSU-nun rektoru vəzifəsi Vazeh Əskərova həvalə olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi Vazeh Əskərova həvalə olunub.

Bu barədə "Report"a ADNSU-dan məlumat verilib.

Belə ki, ADNSU-da Strateji məsələlər üzrə prorektor vəzifəsi yaradılıb və bu vəzifəyə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov təyin olunub. Elm və Təhsil Nazirinin digər əmri ilə Vazeh Əskərova ADNSU-nun rektoru vəzifəsi həvalə edilib.

Vazeh Eldəniz oğlu Əskərov 15 oktyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1995–1999-cu illlərdə Azərbaycan Dillər Universitetində bakalavr, 2004–2007-ci illərdə Fransanın Marc Bloch Universitetində 2 magistr, 2007–2012 illərdə Strasburq Universitetində doktorluq təhsili alıb. 2012-ci ildə ona Strasburq Universitetinin doktoru elmi dərəcəsi verilib.

Fransada təhsil aldığı və yaşadığı müddətdə Vazeh Əskərov Azərbaycan diasporunun fəallarından biri kimi tanınıb. 2005-ci ildən Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasının (ASEAF/FATA) sədri, həmin ildə Strasburq Azərbaycan Evinin həmtəsisçisi və idarə heyətinin üzvü olub.

Əmək fəaliyyətinə 2001-2003-cü illərdə yerli və beynəlxalq şirkətlərdə çalışmaqla başlayan Vazeh Əskərov Fransada təhsil aldığı 2003-2013-cü illərdə akademik fəaliyyətlə məşğul olub. 2013-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin rektor müşaviri, 2014-2015-ci illərdə həmin universitetin tədris işləri üzrə prorektoru, 2016-2023-cü illərdə UFAZ-ın icraçı direktoru vəzifələrində çalışıb.

Vazeh Əskərov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür. Ailəlidir, iki övladı var.

Şərhlər

Professur 2023-07-13 21:49:13

Valeh Əsgərovun ata-anası haradandır və Baklya nə zaman köçüb gəliblət?Onun kağız sertifikatları onun em adamı olduğunu sübur etnir.pedaqoji,elmi fəaliyyəti olmayan şəxsin Universitetdə birdən-birə prorektpr və tektor təyinatı orada təhsil səviyyəsinə ağır zərbə kimi qəbul edilməlidir.Bu təyinat hakimiyyətin təhsilə vurduğu ağır zərbələrin davamı kimi anlaşılırBir elmi əsəri,pedaqoji təcrübəsi olmayanın Ali təhsil müəssisəsinə rəhbər təyinatı təhsilə ağır zərbədir.

Eli 2023-07-13 18:45:46

Heç ne başa düşmek olmur,ya bu tehsil nazifliyi bu öilleti ele salır,ya da yeqin biz başa düşmürük bunlar bize Avropa “qayda ,qanunları “getirirler.Yeni sirf neft kimya sahedi üzre dünyaca meşhur bir universitete dilçi bir şexs rehberlik edecek.Ele bil Ferman Salmanova Kamal Abdulla gösteriş verecek.Absurd meseledir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol