Menu

Minlərlə müəllim şikayət edir – Deputat Elm və Təhsil Nazirliyinə təkliflər göndərib

13.07.2023, 17:48
Minlərlə müəllim şikayət edir – Deputat Elm və Təhsil Nazirliyinə təkliflər göndərib

“Sertifikasiya imtahanları ilə bağlı bizə ünvanlanan yüzlərlə müraciətin bir qismi 50 bal toplamış müəllimlərimizin əmək haqqı artımları ilə bağlıdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

“Məsələ ondadır ki, 51 sualı düzgün cavablandıran müəllimimiz 35 faiz artımdan yararlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqumuzun əmək haqqı 10 faiz artır. Haqlı sual yaranır: niyə 50 bal toplamış və ya 83.3 faiz nəticə göstərmiş müəllimin əmək haqqı 35 faiz artmır?”, - millət vəkili sual edir.

Onun sözlərinə görə, əslində 50 bal toplamış müəllimin 35 faizlik artımdan yararlana bilməməsi beynəlxalq standartlara uyğun deyil. “Çünki əksər beynəlxalq formula, o cümlədən Kembric Qiymətləndirmə Modelinə əsasən, onluğun ilk rəqəmi daha yüksək qiymətləndirmə faizinə daxil edilir. Yəni, qiymətləndirmə 51-60 və ya 81-90 deyil, 50-60 və ya 80-90 olaraq götürülür. Bu baxımdan təklif edirik ki, 50 bal toplamış müəllimlərimizin də əmək haqqlarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna müvafiq qaydalara dəyişiklik edilsin”, - deputat vurğulayıb.

V.Bayramov əlavə edib ki, yalnız 50 bal toplamış deyil, 30 baldan çox nəticə göstərmiş digər müəllimlərimiz üçün yeni differensial əmək haqqı artımları ilə bağlı təklifləri Elm və Təhsil nazirinə təqdim ediblər. “Elm və Təhsil Nazirliyi ilə hər zaman konstruktiv dialoqumuzun olduğunu və təkliflərimizə diqqətlə yanaşdıqlarını nəzərə alaraq inanırıq ki, sertifikasiya sisteminin təkmilləşdirilməsi istiqamətində də əməkdaşlığımız mümkün olacaq”, - o qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol