Dünyanın qabaqcıl proqram nəhəngi olan “Microsoft” bu gün şirkətin rəsmi bloqunda paylaşılan məlumatla ictimaiyyəti şoka salıb.
“AzPolitika.info” “Reuters”ə istinadən xəbər verir ki, “Microsoft” öz açıqlamasında ABŞ-ın bir sıra dövlət agentlikləri və digər müştərilərinin poçtlarının hakerlər tərəfindən ələ keçirilməsinə aydınlıq gətirib.
Belə ki, şirkət etiraf edib ki, “Microsoft”un proqramlarında olan kod xətalarına görə hakerlər özlərinin kibercasusluq kampaniyasını uğurla aparmağa müvəffəq olublar.
Bununla da, hakerlər çox sayda dövlət qulluqçusu və digər önəmli şəxslərin elektron poçtlarını “sındra” biliblər.
Rüfət
“AzPolitika.info”


Şərhlər