Menu

Pakistan “Taliban”a xəbərdarlıq edib

17.07.2023, 15:48
Pakistan “Taliban”a xəbərdarlıq edib

Pakistanın Müdafiə naziri Xavaca Asif “Taliban” administrasiyasını Doha razılaşmasına, o cümlədən Əfqanıstan ərazisindən terror fəaliyyətləri üçün istifadənin qarşısını almaq öhdəliyinə məhəl qoymadığına görə tənqid edib.

“AzPolitika.info” “Khaama Press”ə istinadla xəbər verir ki, nazir “tvitter” hesabında Əfqanıstan hakimiyyətini tənqid edərək, qonşu kimi öhdəliklərini yerinə yetirmədiyini və sülh sazişini qorumadığını qeyd edib.

X.Asif onu da bildirib ki, Pakistan 40-50 il ərzində 5-6 milyon əfqana sığınacaq verib: “Pakistanlıların qanını tökən terrorçular Əfqanıstan torpaqlarında sığınacaq tapırlar. Mövcud vəziyyət artıq davam edə bilməz. Pakistan öz ərazisini və vətəndaşlarını qorumaq üçün Allahın hidayəti ilə bütün mümkün resurslardan və tədbirlərdən istifadə edəcək”.

Ötən həftə ordu Əfqanıstanın uzun müddət qadağan olunmuş “Təhrik-e-Taliban Pakistan” (TTP) təşkilatı üçün təhlükəsiz sığınacaq kimi qəbul edildiyini söyləyərək, narahatlığını bildirib. Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) bəyanatında deyilir ki, əfqan vətəndaşlarının Pakistanda terror aktlarında iştirakı həll edilməli olan digər mühüm narahatlıqdır. Bu cür hücumlar dözülməzdir və Pakistanın təhlükəsizlik qüvvələrinin təsirli cavabı olacaq.

Bir müddət əvvəl Pakistanın Xarici İşlər Nazirliyi də “Taliban” hakimiyyətini sözlərinə əməl etməyə və ərazilərindən terror fəaliyyətləri üçün istifadənin qarşısını almağa çağırıb.

Bu açıqlamalar ötən həftə yaraqlıların Pakistanın 12 əsgərinin və ölkənin Bəlucistan əyalətində bir mülki şəxsin ölümü ilə nəticələnən silahlı hücumdan sonra verilib.

“Taliban” hakimiyyəti bildirib ki, onlar heç kimə Əfqanıstan ərazisindən Pakistana qarşı istifadə etməyə icazə verməyib.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol