Menu

Rusiya Odessa və Nikolayevə PUA zərbəsi endirib

18.07.2023, 09:26
Rusiya Odessa və Nikolayevə PUA zərbəsi endirib

Rusiya ordusu iyulun 18-də gecə saatlarında Ukraynanın Odesa və Nikolayev şəhərlərinə pilotsuz uçuş aparatı (PUA) və qanadlı raketlərlə kütləvi zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub Dairəsi məlumat yayıb.

Bildirilib ki, hücum uzun müddət davam edib.

Ukrayna müdafiəçiləri Rusiyanın 6 qanadlı raketini və 21 “Shahed” PUA-sını məhv edib.

Raketlərin qırıntıları və partlayıcıların dalğaları ətrafdakı obyektlərə, bir neçə evə ziyan vurub. Onlardan bəziləri sənaye obyektlərinə düşüb.

Şərhlər

B.Qarabağlı 2023-07-18 11:21:31

Tutaq ki, Kremlin XİN Ağ evlə sövdələşərək Ukrayna, Belarus, Pribaltika, Əfqanıstan...kimi dünyəvi pay bölgüsünü aldı? Axı, Kreml, elə SSRİ dövründən idarəçilik qabiliyyətini tam itirib? 1990cı ilə qədər Sosializm günahkarmış? Ötən otuz il ki, özəl-müasir Kapitalizm iqtisadiyyata rəqabətli inkişaf təkamülü belə vermir??? Viranə subyektləri kimlərə verəcək, Kreml?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol