İnzibаti Хətаlаr Məcəlləsində edilmiş dəyişikliklərə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və yaxud nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə ediləcək.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Belə ki, dəyişiklikdən əvvəl dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına görə 80 manat məbləğində cərimə nəzərdə tutulurdusa, hazırki dəyişikliklərdən sonra bu tip yol hərəkəti qaydalarının pozulmasına görə cərimə məbləği 20 manat artırılıb.
Eyni zamanda, dəyişikliklərə əsasən nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi də inzibati xəta kimi təsbit edilib və bu tip yol hərəkəti qaydalarının pozulmasına görə cərimə məbləği 100 manat müəyyən edilib.


Şərhlər
Bəs dəmir yol keçidlərində xəbərdar edici nişanlarının,,təhlükəsizlik üçün digər vasitələrin (şlaqbaum və s.) təmin edilmədiyi üçün cərimələr niyə təyin edilməyib? Sizin işiniz,məqsədiniz yalnız millətin əlində olanı,çörək pulunu qamarlamaqdır?.Buna aydınlıq gətirmənizi gözləyrikt.
Camaatın başına hörülən cərimələr toru gün-gündən qatılaşmaqdadır,sanki onsuz da cüzi olan maaş və pensiyalar da camaata çox görülür.Azca səhv buraxdınmı,ver maaşını-pensiyanı.300 manat maaş alan bədbəxt birisi 61-80 km sürət həddini keçdimi ver o 300 manatı.Vəssalam.Sonra ayın axırına qədər istəyirsən öl acından,bizə nə.Sanki bu cərimələri düşünənlərin işi-gücü gecə-gündüz ”daha nə cərimə düşünək-tapaq görəsən” deyə beynini işlətməkdən ibarətdir.Bircə dəfə düşünməzlər ki,”görəsən nə edək ki maaş və pensiyaları adam kimi qaldıraq”.Tam bir cərimə batalyonuna,disbata düşüb elə bil millət.A balam,bu qədər də əndrəbadi cərimə olar?!