Noyabrın 15-i saat 12-də “Azadlıq”ı qorumaq marafonu başlayıb. Marafon AXCP-nin Bakıdakı mərkəzi qərargahında keçirilir. “Media forum” saytının məlumatına görə, abunə və ianə mərasiminə ilk olaraq AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, başqa cəbhəçilər və müsavatçılar, ADP rəhbərliyi, hüquqşünaslar Vidadi Mirkamal, Aslan İsmayılov, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı və başqaları qoşulub.
“Azadlıq” qəzeti noyabrın 13-dən işıq üzü görmür. Nəşriyyata 25 min manata yaxın borcu olduğuna görə qəzetin çapı dayandırılıb. “Azadlıq”ın üstündə 65 min manat məhkəmə cəriməsi də var.









Şərhlər