2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Resbulikaçılar partiyasının namizədləri arasında ön plana çıxan əsas şəxs ABŞ-ın 45-ci prezidenti Donald Trampdır.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Reuters” agentliyinin keçirdiyi sorğunun nəticələri ilə bağlı paylaşılan hesabatda bildirilir.
Qeyd olunur ki, respublikaçılar arasında keçirilən sorğuya əsasən, respondentlərin 43%-i Donald Trampı dəstəkləyir. Onun ən yaxın rəqibi olan Roy DeSantis sorğuda iştirak edən respondentlərin cəmi 19%-nin səsini toplayıb.
Digər namizədlər Vivek Ramasvami (9%), keçmiş vitse-prezident Mayk Pensi (7%) isə Trampdan xeyi geri qalır.
“Reuters”-in 2024-prezindet seçkiləri ilə bağlı 4414 ABŞ vətəndaşı arasında keçirdiyi sorğuda isə Bayden 37%, Tramp isə 35% səs toplayıb. Respondentlərin 28%-i qərarsız olduqları üçün sorğuda iştirak etməyiblər.
Sorğuda iştirak edən demokratların 63%-i Baydenin ölkəyə rəhbərlik etmək üçün çox qoca olması ilə bağlı fikirlərlə razılaşdıqlarını bildiriblər.
“AzPolitika.info”


Şərhlər