Sabiq ABŞ prezidenti Donald Tramp tərəfindən əfv olunmuş Eliyahu Vaynşteyn adlı şəxs yenidən prokurorların hədəfinə çevrilib.
Vaynşteyn Ukraynaya təchizat göndərmək üçün yalan vəd edən sövdələşmələr daxil olmaqla, yeni, mürəkkəb fırıldaqçılıq sxemində ittiham edilib.
ABŞ-ın Nyu Cersidəki prokurorluğu Eliyahu Vaynşteyn və daha dörd nəfəri investorlara milyonlarla dollara başa gələn planda ittiham edirlər.
Bundan əvvəl Vaynşteyn “Ponzi sxemi” və “daşınmaz əmlak fırıldaqçılığı” əməlləri ilə investorların 230 milyon dollar vəsait itirməsinə səbəb olmaq ittihamı ilə həbs olunmuş, lakin 2002-ci ilin yanvarında Donald Tramp tərəfindən əfv edilmişdi.
Lakin Vaynşteyn azad edildikdən iki il sonra prokurorlar Vaynşteynin dəyişmədiyini deyirlər.
Prokurorların iddiasına görə, Vaynşteyn “Optimus Investments Inc” adlı şirkət qurub və bu şirkəti “Mike Koniq” kimi, saxta adla idarə edib.
Rüfət
AzPolitika.info


Şərhlər