Menu

Rusiyada piyada körpüsü uçub - Ölən və yaralananlar var + FOTOLAR/VİDEO

22.07.2023, 22:04
Rusiyada piyada körpüsü uçub - Ölən və yaralananlar var + FOTOLAR/VİDEO

Rusiyanın Leninqrad vilayətinin Luqa şəhərində piyada körpüsünün uçması nəticəsində ölən və yaralananlar var.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə “Olganın sahilləri” folklor festivalı zamanı baş verib. Sahildəki taxta-metal körpü yarıya bölünüb.

İnsident nəticəsində yaralanan üç nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Daha bir kişi isə xəstəxanada vəfat edib.

Mənbə: “Mash na Moyke”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol