Azərbaycanda fəaliyyət göstərən xarici taksi şirkətləri - “Bolt”, “Uber” və “Yango”da gediş haqqı artırılıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat veriblər.
Məlumata görə, bugündən etibarən sözügedən taksi şirkətlərində minimal qiymət 2 manat 50 qəpik təşkil edəcək.
Xatırladaq ki, daha əvvəl “Yango” və “Uber”də minimal gediş haqqı 1 – 1, 20 ₼, “Bolt”da isə 1,50-1,60 ₼ arasında dəyişirdi.
Qeyd edək ki, hazırda digər taksi xidmətlərindən “Maxim”də minimal gediş haqqı 1 manat, “Uklon”da 1 manat 40 qəpik, “189”da isə 2 manat təşkil edir.
“AzPolitika.info”



Şərhlər
Taksidə qiymət gedilən yolun uzunluğuna və sərnişin götürmə anı üçün isə 1 km.in qiyməti əsas götürülməlidir.Taksometri olmayan avtomobillərə isə taksi xidməti ilə məşğul olmaq qadağan edilməlidir.Bakl,Azəraycanı banan ölkəsinə çevirməyin! Taksi xidmətdir.bazar deyil.Xidmətin isə vahid qiyməti olmalıdır. Hanı bu xarici ölkələrdə qastrolluq edib fiktiv sertifikar alan "ağıllılar" Onlar
Bu avamlar indi özlərini ağıllı hesab edirlər?çAlmaniyada,ingiltərədə,Amerikada taksidən belə istifadə ediblər?