Məlum olduğu kimi, Donbas separatçılarının sabiq lideri və müharibə başlayan ilk aylardan Rusiya hərbi-siyasi rəhbərliyini, son zamanlar isə şəxsən Vladimir Putini tənqid, hətta təhqir etməsilə tanınan İqor Strelkov(Qirkin) ekstremizim ittihamı ilə həbs olunub.
“AzPolitika.info” xəbər verir ki, Rusiyadakı ultramillətçi kəsimin liderlərindən birinə çevrilmiş Qirkinin həbsinin səbəblərilə bağlı ekspertlər tərəfindən müxtəlif versiyalar səsləndirilməkdədir.
Məsələn, Ukrayna Prezident Ofisinin sabiq müşaviri Aleksey Arestoviç hesab edir ki, Qirkin və onun “Qəzəbli vətənpərvərlər” təşkilatına üzv olanlar, eləcə də digər ultramillətçilər Kremlə gələcək planlarında maneçilik yarada bilərər.

Belə ki, Kreml gec-tez Ukraynadakı işğalçılıq müharibəsini hansısa danışıqlar, razılaşmalar vasitəsilə başa çatdırmaq istəyir. Bu zaman Kremlin bu müharibədə əvvəlcədən qarşısına qoyduğu məqsədfərə çatmadığı, özündən dəfələrlə zəif Ukraynanın qarşısında “sındırıldığı”, hərbi-siyasi rəhbərliyin böyük səhvlərə yol verdiyi və nəticədə Rusiyanın bu müharibədən biabırçı məğlubiyyətlə çıxdığı məlum olacaq. Lakin Kreml bunu qələbə kimi təqdim etməyə çalışacaq. Bu zaman isə ən çox narazılıq və ittihamların məhz ultramillətçi, şovinist, müharibə tərəfdarı olan qüvvələr tərəfindən irəli sürüləcəyi gözlənilir. Həmin qüvvələr əhalinin digər hisəsini də hərəkətə gətirə, kütləvi itaətsizliyə səbəb ola bilər. Priqojin qiyamından gözü bərk qorxan Kreml isə istənilən etirazları artıq beşiyində boğmağa çalışır.
Arestoviç hesab edir ki, Qirkinin və onunla eyni cəbhədən olan sabiq FTX polkovniki Mixail Polyakov və sabiq hərbi kəşfiyyat polkovniki Vladimir Kvaçkov kimilərin həbsi də məhz gözlənilən danışıqlar və Rusiyanın hansısa güzəştlərə getməsi perspektivinə mane olan qüvvələri sıradan çıxarmaq kontekstində baş verib.

“İqor Qirkinin həbsi ilk növbədə bir adama daha çox lazım idi. Bu, Müdafiə naziri Sergey Şoyqudur”.
Bunu isə hərbi ekspert Yuri Fyodorov mətbuata açılqlamasında deyib.
O, bildirib ki, hazırda Şoyqunu və Rusiya ordusu rəhbərliyini ən çox tənqid, hətta təhqir edən məhz Qirkin idi. Ekspert hesab edir ki, Qirkinin həbsi digər səbəblərlə yanaşı, hərbi nazirliyə qarşı tənqidləri azaltmağa xidmət edir.
Fyodorov bildirib ki, belə “turbo-vətənpərvərlə” Kremlin əsəblərinə təsir edir: ”Çünki uğur yoxdur, bu adamlar isə yumruqlarını yerə vuraraq, çəkinmədən Rusiya ordusunun yarıtmazlığını ifşa edirlər. Bu da indi Kremlə qətiyyən lazım deyil. Xüsusilə də Priqojinin qiyamından sonra. Axı o da Şoyqunu və Putini ittiham edirdi. Lakin onunla bacarmadılar, çünki 20 min silahlı adamı var. Qirkinin təşkilatında isə cəmi 15 nəfər var...”
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər