Menu

“Neftçi”nin infrastrukturu təkmilləşdiriləcək" - Rövşən Nəcəf

25.07.2023, 17:27
“Neftçi”nin infrastrukturu təkmilləşdiriləcək" - Rövşən Nəcəf

"Neftçi” İdman Klubu Futbol Akademiyası”nın infrastrukturunun təkmilləşdirilməsi və gücləndirilməsi nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu “Neftçi”nin Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.

R.Nəcəf qeyd edib ki, ümumi strategiya formalaşdırılıb və yeni idarəetmə sistemi qurulub: “Bu prosesdə bir neçə bacarıqlı məşqçi ilə görüşlər keçirdik. Bizim seçimimizdə əsas meyar “Neftçi”nin qarşısına qoyduğu əsas hədəfləri anlayan, məqsədlərimizə çatmaqda daim bizimlə olmağa hazır peşəkar məşqçini müəyyənləşdirməkdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol