Menu

Kambocanın Baş naziri 40 ildən sonra vəzifədən getdi – Kreslosunu oğluna təhvil verdi...

26.07.2023, 15:19
Kambocanın Baş naziri 40 ildən sonra vəzifədən getdi – Kreslosunu oğluna təhvil verdi...

Kambocanın Baş naziri Hun Sen tutduğu vəzifədən istefa verib və bu vəzifəni oğluna həvalə edib.

“AzPolitika.info” xəbər verir ki, Hun Sen iyulun 23-də keçirilən seçkilərdə Kamboca Xalq Partiyasının qalib gəlməsindən sonra 40 ilə yaxındır ki, baş nazirlik etdiyi vəzifəsindən istefa verdiyini açıqlayıb. 

O, 3 həftə sonra Baş nazir postunu tərk edəcəyini, vəzifəyə oğlu Hun Manetin keçəcəyini açıqlayıb.

Digər tərəfdən, vəzifəsindən istefa verən Hun Senin ölkə idarəçiliyindən uzaqlaşmayaraq senat sədri kimi karyerasını davam etdirəcəyi gözlənilir.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-07-26 21:53:59

40 il baş nazir yox ee,padşah olmaq olar.Gedəndə heç olmasa kreslosunu dəyişib?İy gələr birdən,ona görə deyirəm.40 il eyni əndamı görən kreslodan iy gəlməsin neynəsin,dərdi kimə söyləsin?

Vaqif 2023-07-26 16:18:11

Bu məlumatın məqsədi qaranlıq deyil?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol