Menu

Ter-Petrosyan Ermənistanda Qarabağ ermənilərinə olan nifrəti pisləyib

27.07.2023, 15:13
Ter-Petrosyan Ermənistanda Qarabağ ermənilərinə olan nifrəti pisləyib

“Hələ bu, böyük sualdır ki, Qarabağ Ermənistana daha çox şey verib, yoxsa Ermənistan Qarabağa”

Ermənistanda Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərinə qarşı mənfi münasibət və ritorika kəskinləşməkdə davam edir. Xüsusilə 44 günlük müharibədəki acı məğlubiyyətdən sonra övladları Qarabağda həlak olmuş Ermənistan sakinlərinin Qarabağ ermənilərinə qarşı nifrəti daha da artıb.

“AzPolitika.info” xəbər verir ki, Ermənistanın sabiq Prezidenti Levon Ter-Petrosyan öz sosial şəbəkə səhifəsində hələ 2017-ci ildə etdiyi müraciəti paylaşıb.

Özü Qarabağdakı erməni separatizmin banilərindən biri olan Ter-Petrosyan Ermənistan əhalisinin Xankəndində qalan ermənilərə olan mənfi münasibətini pisləyib: “ Ermənistan əhalisinin Qarabağın “azad edilməsi” üçün yaşadıqları məhrumiyyətlər onlara “qarabağlıları” söymək, nankorluqda, tənbəllikdə ittiham etmək üçün əsas vermir. Hələ bu, böyük sualdır ki, Qarabağ Ermənistana daha çox şey verib, yoxsa Ermənistan Qarabağa”.

Qeyd edək ki, Ermənistan ermənilərinin Qarabağdakı ermənilərə qarşı nifrətini körükləyən əsas məqamlardan biri on illər boyu Ermənistanın başında duran Koçaryan-Sarqsyan rejiminin cinayətləridir. Qarabağ ermənisi olan hər iki cinayətkar erməni xalqına qarşı da terror və talançılıq başda olmaqla çoxsaylı cinayətlər törədiblər.

“AzPolitika.info”     

Şərhlər

Nazim 2023-07-28 01:16:19

Hələ sovet dövründən hallarla qarabağ erməniləri arasında həmişə mübahisə olurdu.Onlar həmişə qarabağ ermənilərinin alçaldır,təhqir edirdilər.Dəfələrlə bunun şahidi olmuşuq,onları türklərdən əmələ gələnlər adlandırırdılar.Bu gün də həmin təhqirlər var.Ona görə bizim əlaqədar təşkilatlar bu amildən istifadə etməlidirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol