Menu

ABŞ-ın İrəvandakı səfirliyindən ermənipərəst açıqlama - Səfirlik nədən Laçın yolunun “açılmasını” istəyir?

28.07.2023, 13:17
ABŞ-ın İrəvandakı səfirliyindən ermənipərəst açıqlama - Səfirlik nədən Laçın yolunun “açılmasını” istəyir?

Son zamanlar ABŞ başda olmaqla, Qərbin Azərbaycana qarşı riyakar və ikiüzlü siyasət yürütdüyü, ölkəmizə təzyiq göstərməyə çalışdığı tez-tez müşahidə olunur. Laçın yolu ətrafında yaranmış vəziyyət bunu növbəti dəfə üzə çıxardı.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın İrəvandakı səfirliyi yerli mətbuatın sorğusuna cavab olaraq, Laçın yolunun Azərbaycan tərəfindən “bağlanmasının” əleyhinə olduğunu bildirib və bunun “sülhə, stabilliyə xidmət etmədiyini” iddia edib. Açıqlamada deyilir ki, “münaqişənin hərbi həll yolu yoxdur və mübahisəli məsələlər ikitərəfli birbaşa danışıqlar, eləcə də Avropa İttifaqı, ATƏT və digər beynəlxalq qurumlar çərçivəsində həll edilməlidir”.

Qərbin ləğv edilmiş ATƏT-in Minsk qrupu formatına qayıtması üçün Azərbaycana qarşı təzyiq cəhdləri etdiyini yazmışdıq. ABŞ səfirliyinin bu açıqlamasında da həmin xətt hiss olunur.

Bununla yanaşı, Azərbaycanın Ağdam yolu ilə bağlı məlum təklifi var. Əgər ABŞ doğrudan da Qarabağ ermənilərinin durumunu fikirləşirsə və humanizm prinsiplərindən çıxış edirsə, o zaman Laçın yolu ilə bağlı israrlı riyakarlıqdan əl çəkib, Azərbaycanın tam suveren və beynəlxalq hüquqa uyğun təklifini dəstəkləməli, erməniləri də bu istiqamətə yönəltməlidir.

“AzPolitika.info”

Şərhlər

Eli 2023-07-28 13:42:22

ABŞ ,Fransa ,Rusiya diplomatik korpusları ermeni lobbilerinin “Заказы» ile işleyirler30 iode Minsk qrupunun fealiyyetibden onların meqsed ve meramını gördüj.Ne Beynelxalq Hüquq ne İnsan haqları boş şeydi pulu veren de musiqini sifariş edir.Burda esas faktorlardan biri de xristian teessübkeşliyidir. ne

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol