"İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin xarici işlər nazirləri Avropada Qurani Kərimə hücumlarla bağlı qərar qəbul edəcək".
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Budapeştdə macarıstanlı həmkarı Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O, Avropada Qurani Kərimə hücumları qınadıqlarını bildirib: "Bu məsələ ilə bağlı islam ölkələri arasında ciddi müzakirələr gedir. İyulun 31-də İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin iclasında da bu məsələ müzakirə ediləcək. Həmin toplantıda bəzi qərarlar qəbul edəcəyik”.
H.Fidan vurğulayıb ki, müəyyən qərarlar qəbul olunmasa, Avropada bu təxribatlar davam edəcək.


Şərhlər
Axı bir müselman ölkesinde de olsun bir defe olmayıb ki diger dinlerin müqeddes Kitabları yamdırılsın.Bunlar ne qeder riyakar dövlet ve milletlerdir.İmkanları olsa müselmanları axırıncı neferinedek yer küresinden silerler.