Menu

"Yuventus" klubu avrokuboklardan kənarlaşdırılıb

28.07.2023, 21:56
"Yuventus" klubu avrokuboklardan kənarlaşdırılıb

İtaliyanın "Yuventus" klubu avrokuboklardan kənarlaşdırılıb.

"Report" UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Turin təmsilçisi maliyyə feyr-pley qaydalarını pozduğu üçün 2023/2024 mövsümündə Konfrans Liqasında iştirak hüququndan məhrum edilib.

Bu komandanı avrokuboklarda ötən mövsüm A Seriyasını 8-ci pillədə tamamlayan "Fiorentina" əvəzləyəcək.

Həmçinin "qoca sinyora" 20 milyon avro məbləğində cərimələnib.

Qeyd edək ki, "Yuventus" ötən mövsüm İtaliya çempionatında 7-ci yeri tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol