Menu

“Rusiyanın itkiləri Əfqanıstan müharibəsi zamanı sovet ordusunun itkilərindən daha çoxdur” - Ukrayna SQ

29.07.2023, 12:39
“Rusiyanın itkiləri Əfqanıstan müharibəsi zamanı sovet ordusunun itkilərindən daha çoxdur” - Ukrayna SQ

“Rusiyanın itkiləri Əfqanıstan müharibəsi zamanı sovet ordusunun itkilərindən daha çoxdur”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Şərq qruplaşması qoşununun sözçüsü Sergey Çerevatı deyib.

O qeyd edib ki, düşmən bütün qüvvələrini Donetsk vilayətinin Baxmut şəhərinə cəlb edib: “Rusiya buradakı mövqelərini qorumağa çalışır. Çünki Baxmut Rusiya üçün hərbi əhəmiyyətlidir”.

S.Çerevatının sözlərinə görə, Ukrayna torpaqları metr-metr azad edir.

Qeyd edək ki, Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatına start verib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol