“Dünya beynəlxalq sistemin yekun transformasiyasını yaşayır və bu prosesdə Qərb dünyası mərkəz mövqeyini itirir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada cənubi koreyalı həmkarı Park Cin ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Beynəlxalq sistemin yekun transformasiyasını yaşadığı günlər gəlib çatıb. Yeni geosiyasi və geoiqtisadi bərabərlik yaranır və Asiya da düz onun mərkəzində dayanır. Qərb dünyası mərkəz mövqeyini itirərkən dünya siyasətinin mərkəzinin şərqə, dədə-baba torpaqlarımıza doğru meyl etdiyini görürük”, - o vurğulayıb.


Şərhlər
Çin siyasi idealogiyası və iqtisadi imperializm duyğuları . Azerbaycan kimi ölkələri ağ günə çıxaracaqmı bilmirəm, amma Türk dünyası və türk qardaşlarımız bunu nəzərə almalıdırlar mütləq.
Aydın görünür ki, yek ABŞ və birgə Aİ, NATO Siyasi-İqtisadi-Hərbi güc biliyinə Kremli təslim etmiş məxfi mafiya, artıq Kremli dünyəvi Hərbi-Siyasi Güc mərkəzinə çevirməkdədir. Lobbi Kiyev hakimiyyətini də məxfi nəzarətdə saxlayır və alyans bir ildə yüzcə km irəliləyə bilməyib?