Menu

Hakan Fidan Danimarka XİN rəhbəri ilə telefon danışığı aparıb

29.07.2023, 19:35
Hakan Fidan Danimarka XİN rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Xarici İşlər naziri Hakan Fidan Danimarka Xarici İşlər naziri Lars Lokke Rasmussen ilə telefon danışığı aparıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN bildirib.

Hakan Fidan görüş zamanı Danimarkada Qurana qarşı davam edən alçaq hücumları bir daha pisləyib.

O qeyd edib ki, Avropada anti-islamizm qorxulu həddə çatıb və ifadə azadlığı adı altında bu cür çirkin hərəkətlərə yol verilməsi qəbuledilməzdir.

Xatırladaq ki, Danimarkada iyulun 22-də İraqın Kopenhagendəki səfirliyi qarşısında, iyulun 24-də isə İran və İraq səfirliyi qarşısında bir qrup insan tərəfindən Quran yandırılıb.

Qrup daha əvvəl Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Türkiyə bayrağına və Qurana hücum edərək İslamı təhqir etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol