Menu

“DÜŞMƏNİ SÜRPRİZLƏR GÖZLƏYİR” – “Boşluq tapıb müdafiəni yaracağıq”

31.07.2023, 16:44
“DÜŞMƏNİ SÜRPRİZLƏR GÖZLƏYİR” – “Boşluq tapıb müdafiəni yaracağıq”

Ukrayna Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatının növbəti dalğası müəyyən nəticələr versə də, hələ ki, ciddi irəliləyişdən danışmaq mümkün deyil. Bununla yanaşı, Ukrayna tərəfi torpaqların azad edilməsində sonadək israrlıdır.

"AzPolitika.info" xəbər verir ki, Ukrayna Milli Qvardiyasının rəhbəri Aleksandr Pivnenko yerli mətbuata açıqlamasında Ukrayna ordusunun işğalçı üçün sürprizlər hazırladığını deyib: "Əlbəttə ki, bir həmlə ilə Krıma çatmaq mümkün olmayacaq. Ancaq hücum əməliyyatları davam edir və düşməni sürprizlər gözləyir".

Pivnenko deyib ki, Ukrayna hərbçiləri işğalçının müdafiə xəttində boşluqlar axtarır və mütləq zəif yerləri tapıb, müdafiəni yaracaq: "İrəliləyiriksə, bunun özü də nəticədir. Görəcəksiniz, vaxt gələcək və biz hansısa istiqamətdə müdafiəni yaracağıq. Biz boşluq tapacağıq və hər şey normal olacaq. Onlar bizim çox ərazilərimizi itirəcəklər. 1991-ci il sərhədlərinə çıxmalıyıq, başqa yolumuz yoxdur".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol