Menu

“Bu hücumlar Moskvanın müharibə imkanlarını azaltmağa yönəlib” – ABŞ nəşri

01.08.2023, 12:48
“Bu hücumlar Moskvanın müharibə imkanlarını azaltmağa yönəlib” – ABŞ nəşri

Son vaxtlar Ukraynanın Rusiyaya qaşrşı yönələn PUA və raket hücumları Kremlin hərbi logistikasını pozmaq və sadə ruslara müharibənin baha başa gəldiyini xatırlatmaq istəyini göstərir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The New York Times” (NYT) nəşrində yayımlanan məqalədə bildirilir.

Hərbi analitiklərin fikrincə, Ukraynanın Rusiya və xüsusən də Moskvaya qarşı zərbələri olduqca əhəmiyyətlidir. Qeyd olunur ki, sözügedən hücumlar Kiyevin Moskvanın müharibə imkanlarnı zəiflətmək üzərində qurduğu strategiyasında mühüm rol oynayır.

ABŞ nəşri hesab edir ki, bu hücumlar fonunda Rusiyanın hərbi komandanlığının daxilində parçalanmalar şiddətlənə bilər.

“Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələr Rusiyanın yüksək komandanlığı üçün problemlər yaradır. Çünki bu, Ukraynanın növbəti zərbəni hara vuracağı ilə bağlı qeyri-müəyyənliyi artırır. Kiyev həm hərbi obyektlərə, həm də Kreml üçün böyük əhəmiyyət kəsb edən simvolik strukturlara strateji zərbələr endirir. Məsələn, Ukrayna dronları Avropanın ən hündür binalarının yerləşdiyi “Moskva Siti” kompleksinə hücum edib. Bu qüllələr bir vaxtlar Rusiyanın qlobal iqtisadiyyata inteqrasiyasının simvolu kimi görünürdüsə, indi onlar Moskva ilə Qərb arasında artan münaqişəni əks etdirən tikiliyə çevrilib”- deyə, məqalədə qeyd olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol