Menu

Neft 85 dolları keçdi, Azərbaycan əlavə nə qədər qazanır? – Ekspert açıqladı

02.08.2023, 15:21
Neft 85 dolları keçdi, Azərbaycan əlavə nə qədər qazanır? – Ekspert açıqladı

İki həftədir dünya birjalarında xam neftin qiyməti yüksəlməkdə davam edir. Artıq 11-ci gündür ki, Brent markalı neft 80 dollardan yuxarı, 3-cü gündür ki, 85 dollardan baha qiymətə satılır.

Xatırladaq ki, SOCAR-ın açıqlamasına görə, 2023-cü ilin I yarısında Azərbaycan neftinin bir barrelinin orta ixrac qiyməti 82,84 dollar təşkil edib, yəni hazırda dünya bazarında yaşananlar cari ili 80 dollardan yuxarı göstəricilərlə başa vurmaq ehtimalını xeyli artırır.

Bəs bu tendensiya Azərbaycana nə verir?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bir neçə amili qeyd edir:

“Birincisi, azalan neft həcmlərimiz fonunda gəlirlərimizin hiss ediləcək səviyyədə qalması təmin edilir.

İkincisi, Maliyyə Nazirliyinin proqnozuna görə, neftin orta ixrac qiymətinin hər barrel üçün 10 dollar artımı icmal büdcəyə 1,3-1,4 mlrd. manat vəsait gətirir.

Üçüncüsü, ölkənin valyuta ehtiyatlarının artımı və nəticə etibarı ilə makroiqtisadi göstəricilərin stabilliyinin təmin edilməsinə şərait yaradır”.

Ekspert onu da qeyd edir ki, əlavə gəlirlər hesabına işğaldan azad edilmiş ərazilərin bərpasının sürələndirilməsinə imkan yaranır.

Rasim

“AzPolitka.info”

Şərhlər

Millət 2023-08-02 21:26:02

Ay kişi,neft 85 oldu nə olacaq,95 oldu nə olacaq ? Bunun kasıb hala salınmış əhaliyə nə dəxli var? Bu pulları xarici baklarda.malikanələrdə axtar.Xalqa bundan pay qoymayıblar.yalan qurulmuş sistem Neftqaz,qızıl və sair sözdə xalqa məxsusdur desələr də ,həqiqətdə xalqa çatanbir şey yoxdur Ondan xalq fayda görməyib və nə qədər sistem dəyişməyib fayda göryməsi olmayıb və olmayacaq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol