Menu

Elşən Xəzərin həbs xəbəri yayıldı - YENİLƏNİB

05.08.2023, 18:30
Elşən Xəzərin həbs xəbəri yayıldı - YENİLƏNİB

Keçmiş meyxanaçı Elşən Xəzərin İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində ötən gün saxlanıldığı xəbəri yayılıb.

Globalinfo.az Elşən Xəzərin özü ilə əlaqə saxlayıb.

Elşən Xəzər saytımıza açıqlamasında bu məlumatı təkzib edib.

“Mən evimdəyəm. Belə xəbəri kimin və niyə yaydığını bilmirəm. Haqqımda yayılan xəbərlər tamamilə yalandır. Mənim İranla heç bir əlaqəm yoxdur”, deyə o bildirib.

***

Tanınmış meyxanaçı Elşən Xəzər saxlanıb.

Bu barədə MOUZE telegram kanalı məlumat yayıb.

Onun İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində ötən gün saxlanıldığı bildirilir.

Elşən Xəzərin həbsi barədə rəsmi məlumat verilməyib.

Şərhlər

xin və iranpərəsətlər... 2023-08-06 13:39:21

Azərbaycan Xarici İşlər Nazirliyində kripto-farslar, tatlar və iranpərəstlərin sayı-hesabı yoxdur... bir qismi də qəflətən israilprəst olub.... bu iranprərəstlər ermənilərdən də təhlükəli və hiyləgərdirlər...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol