Menu

Ukraynanın 22 hərbçisi əsirlikdən azad edilib

07.08.2023, 18:39
Ukraynanın 22 hərbçisi əsirlikdən azad edilib

Ukrayna ordsunun 22 hərbçisi əsirlikdən azad edilib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti bəyanat yayıb.

“Bu, Əsirlərin Axtarışı və Azad edilməsi üzrə Birgə Mərkəzin və Əsirlər üzrə Koordinasiya Mərkəzinin birgə işinin nəticəsidir. Hər bir ukraynalının həyatı dəyərlidir. Biz çalışırıq ki, Ukrayna Prezidentinin tapşırığını yerinə yetirək və hər bir ukraynalını əsirlikdən azad edək”,-deyə bəyanatda qeyd olunub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol