Beynəlxalq Bankın Binəqədi, Yasamal filiallarında, eləcə də Gəncədə Milli Şura namizədinin hesabına 1 manat köçürülməsinə imkan verilməyib
Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin təşviqat materiallarının hazırlanması, platformasının xalqa çatdırılması, sosial şəbəkələrdən tutmuş televiziyalara qədər hər yerdə onun təbliği üçün xeyli pula ehtiyac var. Müxalifətin maliyyə imkanlarının məhdud olduğu üçün, cəmiyyətə müxtəlif çağırışlar oldu və Cəmil Həsənlinin adına bank hesabı açıldı. Bundan sonra ölkənin müxtəlif bölgələrində yaşayan insanlar, öz imkanları daxilində bu hesaba pul köçürməyə başladı.
Ancaq, hakimiyyət bu kompaniyadan da narahart olmağa başladı və bu narahatlıq artıq özünü açıq şəkildə göstərir.
Bugünlərdə redaksiyamıza müraciət edən Gəncə sakinləri Cəmil Həsənlinin hesabına pul köçürtməkdə problemlə üzləşdiklərini bildirdilər. Sakinlər bildirir ki, 2 gün öncə Gəncə şəhərində yerləşən Beynəlxalq banka pul köçürüblər. Ancaq son 2 gündə Cəmil Həsənlinin adına açılmış hesaba pul köçürmək mümükün olmur. Bank işçiləri bunu texniki problemlərlə əlaqələndirir. Guya, kompyuterlərdə problem yaranıb, internet yoxdur, kompyuter donub və.s.
Ancaq sakinlər bu sadalanan problemlərin bəhanə olduğunu bildirirlər. Onlar hesab edir ki, Cəmil Həsənlinin hesabına pul köçürülməsinə mane olmaq üçün, banka xüsusi göstəriş verilib.
Ölkənin milyardların öz hesabına köçürənlər, Cəmil Həsənlinin hesabına köçürülən 1 manata dözüm gətirə bilmir.
Sentyabrın 6-da Beynəlxalq Bankın Binəqədi, Yasamal filiallarında da Milli Şura namizədinin hesabına 1 manat köçürülməsinə imkan verilməyib. Bu haqda “Yeni Müsavat”a bankın qanunsuz hərəkətləri ilə qarşılaşan vətəndaşlar xəbər verib.
Onların sözlərinə görə, banklar 1 manatı qəbul etmir. Beynəlxalq Bankın Binəqədi filialında Aydın Qədimli adlı vətəndaşa bildirilib ki, məbləğ kiçik olduğu üçün bank hesaba pul yatırma əməliyyatını keçirməyəcək. Filial rəhbərliyinə müraciət edən Qədimliyə bildirilib ki, 10 manatdan az olan məbləği qəbul etməyəcəklər. Əgər kimlərsə aksiyaya 1 manat vermək istəyirsə, o zaman 1 manatları toplayıb ən az 10 manat düzəldəndən sonra banka müraciət etsin.
Cəmil Həsənlinin bank hesabı:
Azərbaycan Beynəlxalq Bankı Binəqədi filialı
Kod: 805584
Müxbir hesab: AZ03NABZ01350100000000002944
Vöen: 9900001881
S.W.I.F.T.: İBAZAZ2X
Müştərinin adı HASANLI CAMIL POLADXAN OGLU
Hesab AZ29IBAZ33801019443102498202


Şərhlər