Menu

Bayden ukraynalı pilotların F-16-larda təliminə icazə verib

09.08.2023, 10:00
Bayden ukraynalı pilotların F-16-larda təliminə icazə verib

ABŞ Prezidenti Co Bayden Ukrayna hərbçilərinin Amerika F-16 qırıcıları üzərində təlim keçməsini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Pentaqonun vitse-spikeri Sabrina Sinq məlumat yayıb.

Qeyd edilib ki, təlim prosesinə Danimarka və Niderland rəhbərlik edir.

Prezident Bayden təlim prosesinə "yaşıl işıq yandırdı".

Xatırladaq ki, iyul ayında Ağ Ev Ukrayna pilotlarına F-16 qırıcısında təlim keçmək üçün icazənin gecikdirilməsinə etiraz etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol