Menu

“Putin danışıqlar üçün tərəfdaş deyil”- Kuleba BƏƏ-nin təklifini şərh edib

10.08.2023, 20:16
“Putin danışıqlar üçün tərəfdaş deyil”- Kuleba BƏƏ-nin təklifini şərh edib

“Volodimir Zelenski heç vaxt Vladimir Putinlə eyni masa arxasında əyləşməyəcək”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Məhəmməd bin Zayedin Zelenski ilə Putinin görüşünün təşkil edilməsi ilə bağlı təklifini şərh edərkən deyib.

Kuleba qeyd edib ki, Rusiya ilə danışıqlar yalnız işğal olunmuş Ukrayna əraziləri azad edildikdən sonra mümkün ola bilər.

“Putin danışıqlar üçün tərəfdaş deyil. Dolayı mübarizənin başqa diplomatik yolları da var. Biz Putinlə Zelenskini heç vaxt bir masa arxasında görə bilməyəcəyik”, - XİN rəhbəri bildirib.

Qeyd edək ki, bu gün xarici KİV-lərdə Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin BMT İqlim Dəyişikliyi Konfransı çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında görüş təşkil etməyi planşdırdığına dair məlumatlar yayılmışdı.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol