Menu

Bakıda usta binadan yıxılaraq ölüb

11.08.2023, 10:36
Bakıda usta binadan yıxılaraq ölüb

Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib.

Baş prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, avqustun 10-u saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində 1996-cı il təvəllüdlü Razi Bayramov 9 mərtəbəli yaşayış binasının fasadında quraşdırma işləri apararkən 5-ci mərtəbə səviyyəsindən yerə yıxılması nəticəsində ölüb.

Fakt üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol