ABŞ Prezidenti Co Bayden Çini “saatlı bomba” adlandırıb.
“AzPolitika.info” xəbər verir ki, Bayden bunu Yuta ştatında keçirilən tədbir zamanı deyib.
“Onların bəzi problemləri var. Bu yaxşı deyil, çünki pis insanlar problemi olanda pis işlər görürlər. Çin hazırda problemlər içindədir”,-deyə Bayden bildirib.
ABŞ Prezidenti qeyd edib ki, o, Çinə zərər verməyə çalışmır və bu ölkə ilə normal münasibət qurmağa səy göstərir.
“AzPolitika.info”


Şərhlər