Menu

Rusiya Türkiyə gəmisinə xəbərdarlıq atəşi açıb

14.08.2023, 11:00
Rusiya  Türkiyə gəmisinə xəbərdarlıq atəşi açıb

Rusiya ötən gün Şükrü Okan adlı Türkiyə gəmisinə xəbərdarlıq atəşi açıb.

“AzPolitika.info” xəbər verir ki, gəmi kapitanının çağırışlara cavab verməməsindən sonra ərazidəki rus patrul gəmisinin xəbərdarlıq atəşi açdığı bildirilir.

Rusiya tərəfi isə hadisə ilə bağlı gərginliyi bir qədər də artıran açıqlama yayıb.

“Gəmini məcburi dayandırmaq üçün avtomatik silahlarla xəbərdarlıq atəşi açılıb” - deyə, açıqlamada bildirilib. 

Həmçinin əsgərlərin "Ka-29" helikopteri ilə gəmiyə eniş etdiyi, yoxlamalardan sonra gəminin hərəkətinə davam etdiyi bildirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Rumıniyaya gedən gəmi ilə bağlı insident olduğunu və nazirliyin məsələ ilə maraqlandığını bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol