Menu

Ukrayna rusların daha bir "Ka-52" helikopterini məhv edib - FOTO

14.08.2023, 13:03
Ukrayna rusların daha bir "Ka-52" helikopterini məhv edib  - FOTO

Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində Rusiyaya məxsus "Ka-52" hücum helikopterini məhv edib.

“AzPolitika.info” xəbər veri ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk məumat verib.

“14 avqust 2023-cü ilsaat 05:00-da məhv edilən helikopterin növü müəyyən edilib. Bu, düşmənin "Ka-52" hücum helikopteridir”, - deyə Oleşuk bildirib.

Qeyd edək ki, "Ka-52" helikopterinin qiyməti təxminən 16 milyon dollardır.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat isə telemarafonun efirində bildirib ki, Rusiya helikopteri zenit-raket kompleksinin köməyi ilə məhv edilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol