“Ermənistan müxalifətinin İrəvan Ağsaqqallar Şurasına seçkilərdə qalib gəlmək üçün müəyyən şansları var. Bunun üçün ilk növbədə bütün resursları birləşdirmək və seçicilərin maksimum fəallığını təmin etmək lazımdır”.
“AzPolitika.info” erməni mediasına istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında siyasi təhlilçi Vigen Akopyan deyib.
Ekspert hesab edir ki, seçkilərdə aşağı fəallıq hakim “Vətəndaş müqaviləsi” partiyasının əlinə keçəcək. “Bu, 2021-ci il parlament seçkilərində baş vermiş təcrübədir, aşağı seçici fəallğı səslərin əksəriyyətinin hakim qüvvəyə verilməsi ilə nəticələndi, - o əlavə edib.
Akopyan əmindir ki, seçki məntəqələrinə nə qədər çox vətəndaş gəlsə, rəqiblər bir o qədər çox səs alacaq. Çünki hakim gücün aşağı reytinqi bunu deməyə əsas verir. O xatırladıb ki, sözügedən parlament seçkilərində hakimiyyət paytaxtda kifayət qədər aşağı dəstək alıb – 41%. “Hayastan” blokunun təmsil etdiyi müxalifət isə İrəvanda 28% səs toplayıb.
"Seçicilər başa düşməlidirlər ki, onların gəlməməsi indiki hakimiyyətə açıq və ya gizli dəstəyə çevriləcək. İştirakçıların əsas vəzifəsi vətəndaşları seçki məntəqələrinə gəlməyə inandırmaq olmalıdır. Əgər iqtidarın əleyhdarları yüksək fəallığa nail olub, qələbə qazanıb Ağsaqqallar Şurasında koalisiya yaratsalar, o zaman “Vətəndaş müqavilə” müxalifətdə olacaq. Hakimiyyət İrəvanda uduzsa, bu, siyasi əhval-ruhiyyənin ciddi transformasiyasına səbəb olacaq və hətta Ermənistanda hakimiyyətin nisbətən tez dəyişməsinə gətirib çıxara bilər”, - Akopyan bildirib.
Sentyabrın 17-də keçiriləcək seçkilərdə 13 partiya və 1 blok iştirak edir. Seçki kampaniyası avqustun 23-də başlayır və sentyabrın 15-dək davam edəcək.
Əsas rəqiblər siyahının başında hakim “Vətəndaş müqaviləsi”ndən vitse-mer Tiqran Avinyan, keçmiş deputat Andranik Tevanyanın rəhbərlik etdiyi “Ana Ermənistan” bloku, merliyə öz namizəd i ilə iştirak edən “Həyat üçün ölkə” partiyasıdır. Əmək Nazirliyinin keçmiş rəhbəri Mane Tandilyan və keçmiş mer Hayk Marutyanın başçılıq etdiyi Milli Tərəqqi qrupu da hakim partiyanın namizədini dəstəkləyir.
“AzPolitika.info”


Şərhlər