Menu

Mahaçqalada partlayışda təqsirləndirilən şəxs həbs edilib

17.08.2023, 18:39
Mahaçqalada partlayışda təqsirləndirilən şəxs həbs edilib

Rusiya paytaxtı Moskva şəhərinin Basman rayon məhkəməsi Mahaçqalada baş vermiş partlayışla bağlı təqsirləndirilən Eldar Nəsrulayev barəsində həbs qərarı verib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, Nəsrulayev bu gün Moskvaya gətirilib, onun həbsi ilə bağlı məsələyə məhkəmənin qapalı iclasında baxılıb. Onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Nəsrulayev təhlükəsizlik tələblərinə cavab verməyən məhsulların saxlanması ilə iki və ya daha çox şəxsin ölümünə səbəb olma maddəsi ilə ittiham olunur. Onu 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, avqustun 15-də Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verməsi nəticəsində 35 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol