Menu

Ukrayna ordusu rusların “T-90” tankını məhv edib - FOTO

18.08.2023, 10:54
Ukrayna ordusu rusların “T-90” tankını məhv edib - FOTO

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Svatovski istiqamətində Rusiyanın “T-90” tankını məhv edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukraynanın Rəqəmsal Transformasiya naziri Mixail Fedorov məlumat yayıb.

Nazir qeyd edib ki, bir neçə yüz dollarlıq dron milyonlarla dollar dəyərində olan rus avadanlıqlarını zərərsizləşdirə bilir:“PUA düşmənin dəyəri 4,5 milyon dollar olan “T-90” tankını vurub. Bizdə belə hallar çox olur. Ona görə də biz “dronlar ordusu”nu inkişaf etdirməyə davam edirik. Daha çox rus texnikası bu dronlardan zərər görəcək”

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol