Menu

"Rusiya artıq uduzub" - Bayden

19.08.2023, 09:03
"Rusiya artıq uduzub" - Bayden

Rusiya ilkin məqsədinə nail ola bilmədiyi üçün müharibəni artıq uduzub.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Yaponiya və Cənubi Koreya liderləri ilə üçtərəfli sammitdən sonra verdiyi açıqlamada bildirib.

"Rusiya artıq uduzub. O, bəyan etdiyi ilkin məqsədinə çata bilmir. Bu, mümkün deyil", - deyə o bildirib.

Bayden Putinin Ukraynanın işğalı ilə bağlı arqumentini “gülünc” adlandırıb.

Amerika prezidentinin sözlərinə görə, Rusiyanın təcavüzünə reaksiyanın olmaması Çinə Tayvanla bağlı siqnal ola bilər.

Bayden vurğulayıb ki, Rusiyanın Ukraynaya təcavüzü “təkcə Avropa problemi deyil, İkinci Dünya Müharibəsindən bəri belə bir işğal olmayıb”.

Şərhlər

Oxucu. 2023-08-19 09:26:25

Yalan ağ yalan,bəs ermənistanın Azərbaycanın Qarabağ bölgəsinin işğalı böyük vətən müharibəsindən sonra deyil,niyə onda baş qaldırmadınız,çünki bu işdə sizlərin əli var idi,rusya ətrafında münaqişələr yaratmaqla bugünki ukraynanı müharibəyə məcbur etmək,hərçən bunu əvvəlcə Türkiyə üzərində etmək istədiniz,amma alınmadı,bax budur sizin siyasətiniz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol