Menu

Rusiyanın daha iki aerodromuna hücum olub – İki təyyarə məhv edilib

22.08.2023, 13:51
Rusiyanın daha iki aerodromuna hücum olub – İki təyyarə məhv edilib

Rusiyanın Novqorod vilayətində yerləşən “Soltsy” və Kaluqa vilayətindəki “Şaykovka” aerodromlarına hücum olub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukraynanın “Ukrainska Pravda” nəşri kəşfiyyat mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, hücum Rusiya ərazisindən kvadrokopterlər tərəfindən həyata keçirilib.

Bu hücumlar nəticəsində rusların iki Tu-22M3 strateji bombardmançı təyyarəsinin tamamilə məhv edildiyi, daha iki təyyarənin isə zədələndiyi bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol