Menu

Erməni müxalifəti separatçılara dəstək mitinqi keçirmək istəyir

22.08.2023, 17:29
Erməni müxalifəti separatçılara dəstək mitinqi keçirmək istəyir

Ermənistanın Rusiya meyilli müxalifəti İrəvanda Xankəndindəki separatçı dəstəyə dəstək aksiyası keçirməyə hazırlaşır. 

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, bunu parlamentdəki “Ermənistan” blokundan olan deputat İşxan Saqatelyan bildirib.

Deputat deyib ki, “9 aydır mühasirədə olan “artsax”a dəstək hamının borcudur”. Saqatelyan aksiyanın 2 sentyabr tarixində mərkəzi “Azadlıq” meydanında keçiriləcəyini əlavə edib.

Xatırladaq ki, hər il bu tarixddə erməni müxalifəti İrəvanda separatçılara dəstək mitinqi şosu düzənləyir. Bir qayda olaraq belə aksiayalar sönük keçməsi ilə diqqət çəkir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol